Novator HRC MMC

B2B Satış Meneceri (Soyuq Satış)

Novator HRC MMC
900 - 1100 ₼
1340
Tam iş günü
Bakı, Azərbaycan
13.06.2025 00:00 - 13.07.2025 00:00

İş haqqında məlumat

“Novator HRC” komandası olaraq, peşəkar, dinamik və motivasiyalı satış təmsilçiləri axtarırıq! Əgər satış sahəsində karyeranı inkişaf etdirmək, yeni müştərilərlə işləmək və öz potensialını reallaşdırmaq istəyirsinizsə, sizi müraciət etməyə dəvət edirik.

  • Kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici məhsullar və təmizlik avadanlıqlarının tanıtımı və satışı;
  • Yeni müştərilərin aktiv axtarışı və soyuq satış üsulları ilə ilkin əlaqələrin qurulması;
  • Satış planlarını uğurla icra etmək;
  • Müştərilərlə görüşlər təşkil etmək, sifarişləri qəbul etmək və məmnuniyyəti təmin etmək;
  • Ödənişlərin vaxtında toplanmasına dəstək vermək;
  • Yeni məhsulların satış nöqtələrində uğurla təqdimatı;
  • Gündəlik satış nəticələri barədə hesabatlar hazırlamaq.

İş şəraiti və üstünlüklər:

  • Rəqabətli əmək haqqı (900-1100 AZN +limitsiz  bonus);
  • Yanacaq xərci qarşılanır;
  • Həftədə 1 gün istirahət;
  • Şirkətimiz tərəfindən təşkil olunan peşəkar təlimlər;
  • Karyera yüksəlişi və inkişaf imkanları;
  • Dostyana və dəstəkçi komanda mühiti.
     

Tələblər

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil şərtdir;
  • B2B sahəsində və xüsusilə soyuq satış üzrə minimum 1 il təcrübə (mütləqdir);
  • Azərbaycan dilini səlis bilmək, rus və ingilis dili bilikləri arzuolunandır;
  • Yüksək kommunikasiya və satış bacarıqları;
  • Dəqiq, məsuliyyətli və öyrənməyə açıq olmaq.


Oxşar vakansiyalar