Texno Home

B2B Satış mütəxəssisi

Texno Home
Ə/h razılaşma ilə
2185
Tam iş günü
Bakı, Azərbaycan
10/03/2026 - 24/03/2026

İş haqqında məlumat

  •  Potensial korporativ müştərilərin (B2B) axtarışı, cəlb edilməsi və onlarla uzunmüddətli əməkdaşlığın qurulması;
  • Müştərilərlə işgüzar görüşlərin təşkili, şirkətin məhsul və xidmətlərinin (elektronika, məişət texnikası və s.) yüksək səviyyədə təqdimatı;
  • Müştəri ehtiyaclarının analiz edilməsi və onlara uyğun fərdi kommersiya təkliflərinin hazırlanması;
  • Korporativ müştəri bazasının formalaşdırılması, idarə edilməsi və mütəmadi olaraq yenilənməsi;
  • Müqavilələrin bağlanması prosesinin idarə olunması, sifarişlərin icrasına və ödənişlərə nəzarət edilməsi;
  • Bazarın, eləcə də rəqiblərin mütəmadi araşdırılması və analizlərin aparılması;
  • Rəhbərliyə həftəlik, aylıq və illik satış hesabatlarının təqdim edilməsi.

İş şəraiti:

  • Ünvan: Bakı ş., Əhməd Rəcəbli küç., Çinar Park Biznes Mərkəzi;
  • İş qrafiki: 6 günlük iş həftəsi, həftə içi 09:00 - 18:00 (Şənbə günü 09:00-14:00)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;
  • Şirkət tərəfindən korporativ mobil nömrə və nəqliyyat xərclərinin (və ya yanacaq pulu) qarşılanması;

Tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat, Marketinq və ya əlaqədar sahələrdə);
  • Korporativ satış (B2B) sahəsində ən azı 2-3 illik uğurlu iş təcrübəsi (Elektronika və məişət texnikası bazarını bilmək əlavə üstünlükdür);
  • Azərbaycan və Rus dillərində səlis ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);
  • Güclü ünsiyyət, inandırma, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Aktiv, nəticəyönümlü, komandada işləməyi bacaran və məsuliyyətli;
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar