Bakı,
Azərbaycan
19/11/2025
-
19/12/2025
İş haqqında məlumat
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün komandasına motivasiyalı Telesatış nümayəndəsi axtarır.
Bu vəzifə tam şəkildə B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər kimi korporativ müştərilərlə işin həyata keçirilməsini nəzərdə tutur. Şirkətin müştəri portfeli mövcuddur, eyni zamanda yeni müştərilərin cəlb edilməsi tələb olunur.
Vəzifələr
- Məhsulların təqdimatı və satışı;
- Sifarişlərin toplanması və CRM-də qeyd olunması;
- Cari müştərilərlə münasibətlərin qorunması;
- Yeni müştərilərin cəlb edilməsi;
- Satış hədəflərinə uyğun hesabat vermək;
İş şərtləri
- 670 AZN Vergilər daxil + bonus ( 300-1500);
- Həftədə 1 gün istirahət;
- Şirkət tərəfindən məhsul və satış təlimləri;
- Real yüksəliş imkanı;
- Dəstəkləyici komanda və stabil portfel;
- Nahar şirkət tərəfindən verilir;
- Servis xidməti mövcuddur.
Tələblər
- Ali təhsil;
- B2B və ya satış üzrə minimum 1 il təcrübə;
- Azərbaycan və Rus dilində sərbəst danışıq;
- Yüksək kommunikasiya və təqdimat bacarığı;
- Nizamlılıq, məsuliyyət və öyrənməyə açıq olmaq.