Nur Lighting Design

B2B Satış üzrə Satış Mütəxəssisi

Nur Lighting Design
Ə/h razılaşma ilə
653
Tam iş günü
Bakı, Azərbaycan
18/05/2026 - 01/06/2026

İş haqqında məlumat

Şirkətimiz interyer və dekorativ işıqlandırma sahəsində fəaliyyət göstərir. Korporativ və layihə əsaslı satışların inkişafı üçün təcrübəli B2B satış mütəxəssisi axtarırıq.


Vəzifə öhdəlikləri:

  • B2B satışların həyata keçirilməsi və inkişaf etdirilməsi
  • Tikinti, interyer, təmir və dizayn layihələri üzrə yeni müştərilərin cəlb edilməsi
  • Memarlar, dizaynerlər, podratçılar və layihə rəhbərləri ilə əməkdaşlıqların qurulması
  • Layihələrin satış mərhələsinin idarə olunması və müştəri münasibətlərinin davamlı inkişafı
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
  • Müştəri bazasının genişləndirilməsi və satış hədəflərinin icrası
  • Korporativ görüşlərin və təqdimatların keçirilməsi

Biz təklif edirik:

  • Stabil maaş + bonus sistemi
  • Karyera inkişaf imkanı
  • Dinamik və peşəkar iş mühiti
  • Perspektivli layihələrdə iştirak imkanı
  • İş qrafiki: Tam iş günü

İş yeri: Bakı

Tələblər

  • B2B satış sahəsində minimum 5 il iş təcrübəsi
  • Layihə əsaslı satışlarda praktiki təcrübə
  • Tikinti, interyer, təmir və dizayn sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük verilir
  • Korporativ müştərilərlə işləmə bacarığı
  • Güclü satış və təqdimat bacarıqları
  • Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
  • MS Office proqramlarında işləmək bacarığı
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.