Bakı,
Azərbaycan
13/11/2025
-
13/12/2025
İş haqqında məlumat
Saat Store MMC, korporativ satış kanallarının inkişafına rəhbərlik edəcək, biznes tərəfdaşlıqlarını genişləndirəcək və şirkətin B2B satış strategiyasını formalaşdıracaq təcrübəli B2B Şöbə Müdiri axtarır.
- B2B satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Korporativ müştəri portfelinin formalaşdırılması və genişləndirilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qorunması;
- Bazarın və rəqiblərin təhlili, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
- Satış planlarının icrasına nəzarət və nəticələrin təhlili;
- Komandanın idarə olunması, motivasiyası və inkişafına dəstək;
- Satış müqavilələrinin hazırlanması və kommersiya şərtlərinin razılaşdırılması;
- İllik büdcə və gəlir planlarının hazırlanmasında iştirak.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və şəxsi inkişaf imkanları;
- Şirkət daxili güzəştlər və motivasiya proqramları.
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan;
- Ünvan: Nizami 92;
- İş saatları: 09:00 – 18:00;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində “B2B Şöbə Müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznes idarəçiliyi və ya əlaqədar sahə üstünlükdür);
- B2B satış və ya korporativ müştərilərlə iş sahəsində minimum 3–5 il təcrübə;
- Komanda idarəetmə bacarığı;
- Güclü danışıqlar, təqdimat və analitik düşüncə qabiliyyəti;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyə yönümlülük;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis və ya rus dili bilikləri üstünlük sayılır.