Bakı,
Azərbaycan
02/04/2026
-
16/04/2026
İş haqqında məlumat
- Proqram təminatının arxitekturası, məlumat modeli və texniki dizaynının müəyyən edilməsində iştirak etmək;
- Proqram təminatının hazırlanması və sistem təkmilləşdirilmələrini həyata keçirmək;
- Proqram təminatında yaranan xətaların köklü səbəblərini müəyyən etmək və aradan qaldırmaq;
- Proqram təminatı ilə əlaqəli texniki sorğuları cavablandırmaq;
- Öz iş sahəsi üzrə inkişafın və proseslərin optimallaşdırılmasını təmin etmək;
- Layihələrdə müəyyən edilmiş standartlara və daxili proseslərə uyğunlaşmaq;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq.
Tələblər
- Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində);
- Proqramçı vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- İngilis və Rus dili – yaxşı səviyyədə;
- Alqoritmləşdirmə bacarığı, OOP, SOLID prinsipləri, Design Patterns, Clean code;
- Dillər: Java, SQL, PL/SQL;
- Framework/ORM: J2EE, Spring Boot, MyBatis;
- Verilənlər bazası: Oracle, PostgreSQL, Redis;
- Mesaj broker / Streaming: Kafka;
- API/Arxitektura: Swagger/OpenAPI, Mikroservis, BPMN;
- Container/DevOps: Docker, Kubernetes (K8s), Git, Maven, CI/CD, Liquibase;
- Logging/Monitoring/Test: EFK, JUnit, Mockito, SonarQube;
- Metodologiya: Agile/Scrum;
- Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı;
- Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı;
- Təhlil və problem həll etmə bacarıqları;
- Nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.