Azerconnect LLC

Backend (Java) üzrə aparıcı proqramçı

Azerconnect LLC
Ə/h razılaşma ilə
6654
Tam iş günü
Bakı, Azərbaycan
29/01/2026 - 12/02/2026

İş haqqında məlumat

  • Tam dövr proqram təminatı tərtibatını icra etmək. Məlumat tələbatlarını öyrənməklə biznes müştərilərin tələbləri əsasında yaxşı layihələndirilmiş, yoxlanılan, səmərəli və təkrar istifadə edilə bilən kod yazmaq; istifadəçilər ilə məsləhətləşmək; sistem axınını, məlumat istifadəsini, iş proseslərini və problemli sahələri öyrənmək; 
  • Müvafiq tələblər, dizayn, proqram təminatı və dəyişikliyə nəzarət prosesinə keçirilən baxışlarda, eləcə də icradan sonrakı baxışlarda iştirak etməklə və onları idarə etməklə dəqiq izlənilən SDLC prosesini və ən yaxşı sənaye təcrübələrini təmin etmək; 
  • Proqram təminatı komponentlərinin tam funksional proqram təminatı sisteminə, bütün əlaqədar ekosistemlərə və digər şəbəkə elementlərinə inteqrasiya edilməsi; 
  • Müvafiq proqram təminatı sənədlərinin, blok-sxemlərin, planların, diaqramların, qrafiklərin, interfeys təsvirlərinin, kod şərhlərinin və aydın kodların işlənib hazırlanması yolu ilə proqram təminatının funksionallığını sənədləşdirmək və qoruyub saxlamaq; 
  • Sabit Biznesə Dəstək Sistemləri modullarının hazırlanması, texniki qulluq və inteqrasiyasını təmin etmək; 
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək. 

Biz nə təklif edirik?

  • Rəqabətli kompensasiyaı;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Tələblər

Təhsil və ümumi təcrübə:

  • Kompüter Elmləri və ya əlaqədar texniki sahədə bakalavr dərəcəsi;
  • Java backend inkişafı üzrə minimum 5 il təcrübə;
  • Monolitik və mikroxidmət (microservices) arxitekturaları üzrə təcrübə;
  • System Design üzrə güclü biliklər (high-level və low-level dizayn, scalability, performance, reliability);

Backend texnologiyaları:

  • Spring Framework və Spring Boot üzrə dərin bilik və praktiki təcrübə;
  • REST, SOAP və Web Servislər üzrə biliklər;
  • Messaging queue sistemləri üzrə təcrübə (Kafka, RabbitMQ, ActiveMQ və s.);
  • Məlumatlar bazaları və performans:
  • Məlumatlar bazaları üzrə biliklər: Oracle, PostgreSQL və SQL;
  • Cache və NoSQL texnologiyaları üzrə təcrübə üstünlükdür (Redis, MongoDB və s.);
  • Alqoritmlər və Data Strukturlar üzrə biliklər;

Platforma və DevOps:

  • Docker və Kubernetes texnologiyaları ilə işləmə təcrübəsi;
  • CI/CD prosesləri haqqında anlayış (Jenkins, GitLab CI və s.) üstünlükdür;
  • Versiya nəzarət sistemləri ilə işləmə təcrübəsi (Git əsas üstünlükdür);

Dil bilikləri:

  • Azərbaycan dili – yüksək səviyyədə;
  • Rus və İngilis dili biliyi – üstünlükdür.