Bakı,
Azərbaycan
16.10.2025 04:49
-
16.11.2025 12:00
İş haqqında məlumat
- Tam dövr proqram təminatı tərtibatını icra etmək. Məlumat tələbatlarını öyrənməklə biznes müştərilərin tələbləri əsasında yaxşı layihələndirilmiş, yoxlanılan, səmərəli və təkrar istifadə edilə bilən kod yazmaq; istifadəçilər ilə məsləhətləşmək; sistem axınını, məlumat istifadəsini, iş proseslərini və problemli sahələri öyrənmək;
- Müvafiq tələblər, dizayn, proqram təminatı və dəyişikliyə nəzarət prosesinə keçirilən baxışlarda, eləcə də icradan sonrakı baxışlarda iştirak etməklə və onları idarə etməklə dəqiq izlənilən SDLC prosesini və ən yaxşı sənaye təcrübələrini təmin etmək
- Proqram təminatı komponentlərinin tam funksional proqram təminatı sisteminə, bütün əlaqədar ekosistemlərə və digər şəbəkə elementlərinə inteqrasiya edilməsi;
- Müvafiq proqram təminatı sənədlərinin, blok-sxemlərin, planların, diaqramların, qrafiklərin, interfeys təsvirlərinin, kod şərhlərinin və aydın kodların işlənib hazırlanması yolu ilə proqram təminatının funksionallığını sənədləşdirmək və qoruyub saxlamaq;
- Müasir tərtibat vasitələrini, proqramlaşdırma texnikalarını, hesablama avadanlıqlarını öyrənməklə iş biliklərini yeniləmək; təhsil imkanlarında iştirak etmək; peşəkar nəşrləri oxumaq; şəxsi şəbəkə əlaqələrini qoruyub saxlamaq;
- Sabit Biznesə Dəstək Sistemləri modullarının hazırlanması, texniki qulluq və inteqrasiyasını təmin etmək;
- Komandanı istiqamətləndirmək (o cümlədən on-the-job training, coaching və mentoring);
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Tələblər
- Kompüter Elmləri və ya əlaqədar texniki sahədə bakalavr dərəcəsi;
- Konsaltinq, İdarəetmə Konsaltinqi, Proseslərin Optimizasiyası, Məhsulların İdarə Edilməsi, Rəqəmsal Texnologiyalar;
- Monolitik, və mikroservislər arxitekturası inkişafı üzrə 6+ illik təcrübəsi;
- Sistem tərtibatı üzrə təcrübənin olması üstünlükdür;
- Azərbaycan dili – səlis, İngilis dili – Orta
- Verilənlərin Strukturları və Alqoritmlər sahəsində möhkəm təməl, optimal həllərin hazırlanması və tətbiqi üzrə geniş təcrübə;
- Java, Python və ya Go üzrə 6+ illik dərin təcrübə;
- Sistem arxitekturası və miqyaslana bilən həllərlə güclü təcrübə;
- Spring, Kafka, FastAPI, Django, Oracle, PostgreSQL, Redis, ClickHouse və Linux üzrə mükəmməl biliklər;
- Kubernetes, Docker, Argo CD, Terraform, Helm və CI/CD alətləri (GitHub Actions, GitLab CI, Jenkins) üzrə geniş təcrübə;
- Kod Rəyləri, Dizayn Nümunələri və SOLID prinsipləri üzrə dərin anlayış və tətbiq;
- DDD (Domain-Driven Design), CQRS və Təmiz Kod praktikaları üzrə mütəxəssis;
- Prometheus, Grafana, ELK və İzləmə Alətləri (Jaeger, OpenTelemetry) üzrə qabaqcıl biliklər;
- API spesifikasiyaları və texniki sənədləşmənin yazılması təcrübəsi (OpenAPI, Swagger, Postman, AsyncAPI);
- Yüklü sistemlərin optimallaşdırılması üzrə sübut olunmuş təcrübə;
- SQL və NoSQL sorğu optimallaşdırılması və indeksləmə üzrə qabaqcıl bacarıqlar;
- Mikrosistem arxitekturası və saxlanması üzrə mütəxəssis;
- Asinxron və paralel proqramlaşdırma modelləri üzrə dərin biliklər;
- Backend mühəndisləri komandalarına rəhbərlik etmə, aydın məqsədlər müəyyən etmə və yüksək keyfiyyətli həlləri vaxtında təqdim etmə üzrə sübut olunmuş təcrübə;
- Məhsul, dizayn və əməliyyat komandaları ilə effektiv əməkdaşlıq xüsusiyyətlərinə sahib güclü ünsiyyət bacarıqları;
- Gənc və orta səviyyəli mühəndislərə mentorluq və təlim vermək, inkişaflarını dəstəkləmək və texniki mükəmməlliyə təşviq etmək təcrübəsi.
- Arxitektura qərarları vermək və komandaya ən yaxşı təcrübələr, dizayn nümunələri və genişlənə bilən, saxlanması asan sistemlərin tətbiqinə rəhbərlik etmək bacarığı;
- Kod keyfiyyətini izləmək, standartları tətbiq etmək və komanda daxilində ardıcıl sənədləşdirmənin təmin edilməsi üzrə bacarıqlar;
- Konstruktiv rəy vermək və performans qiymətləndirmələri aparmaq, komanda üzvlərinin təşkilati məqsədlərlə uyğunlaşmasına və karyera inkişafı mərhələlərinə çatmasına kömək etmək bacarığı.