Bakı,
Azərbaycan
29/07/2026
-
12/08/2026
İş haqqında məlumat
- Yüksək performanslı Java əsaslı backend tətbiqlərinin dizaynı, hazırlanması və dəstəklənməsini təmin etmək;
- Sistem arxitekturasının qurulması və texniki dizayn qərarlarının hazırlanmasında aktiv iştirak etmək;
- Kritik əhəmiyyətli sistem və xidmətlərin miqyaslana bilməsi, etibarlılığı və performansını artırmaq;
- Məhsul (Product), Keyfiyyət Təminatı (QA) və DevOps komandaları ilə sıx əməkdaşlıq edərək istehsal mühitinə hazır həllərin hazırlanmasını təmin etmək;
- Proqramlaşdırma üzrə ən yaxşı təcrübələrə uyğun təmiz, oxunaqlı, test edilə bilən və saxlanılması asan kod yazmaq;
- Kod baxışlarında (Code Review) iştirak etmək və komanda daxilində orta səviyyəli mühəndislərə mentorluq etmək;
- Mövcud sistemlərdə texniki borcları (technical debt) müəyyən etmək və onların aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürmək;
- Sistemlərin davamlı inkişafı və optimallaşdırılması üçün texniki təkmilləşdirmə təşəbbüslərini həyata keçirmək.
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiyaı;
- Performans əsasında həvəsləndirici və bonuslar;
- Əlavə imtiyazlar;
- Performansa əsaslanan mədəniyyət;
- Müxtəlif təhsil və inkişaf imkanları;
- Karyera inkişaf imkanı;
- Hibrid iş imkanı;
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
- Innovativ məhsullar və rəqəmsallaşma;
- Beynəlxalq təcrübə;
- Yüksək bacarığa malik peşəkar komanda;
- Kross-funksional əməkdaşlıq;
- Təcrübə mübadiləsi.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Tələblər
- Kompüter Elmləri və ya əlaqədar texniki sahədə bakalavr dərəcəsi;
- Java proqramlaşdırma dili üzrə minimum 5 il peşəkar iş təcrübəsi;
- Spring və Spring Boot framework-ləri ilə güclü praktiki təcrübə;
- RESTful API-lərin hazırlanması və mikroxidmət arxitekturası (Microservices Architecture) üzrə yaxşı bilik;
- Relasional verilənlər bazaları ilə iş təcrübəsi (PostgreSQL, Oracle və ya MySQL);
- Paylanmış sistemlər (Distributed Systems) və konkurrent proqramlaşdırma (Concurrency) prinsiplərini yaxşı anlamaq;
- CI/CD prosesləri və konteyner texnologiyaları ilə təcrübə (Docker üstünlük hesab olunur);
- Güclü analitik düşüncə, problem həll etmə bacarığı və yüksək məsuliyyət hissi;
- Azərbaycan dili – yüksək səviyyədə;
- Rus və İngilis dili biliyi – üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun