Qartal Tikinti Firması

Bağ evi üçün təmizlikçi

Qartal Tikinti Firması
450 ₼
386
Tam iş günü
Sumqayıt, Azərbaycan
03/06/2026 - 17/06/2026

İş haqqında məlumat

  • İş vaxtı saat səhər 8:30-dan 13:00-dəkdir. Bazar  günü  istirahət  günüdür.  
  • İki nəfərin yaşadığı evdə istifadə olunan otaqların təmizlənməsi, çirkli qabların yuyulması, çirkli paltarların paltaryuyan maşınla yuyulub qurudulması və ütülənib yerinə asılması
  • 18 sot ərazisi olan bağın daroşkaların, besetkasının və hovuz kənarının gündəlik təmizlənməsi
  • Toyuq hininin təmizlənməsi, toyuqlara dən verilməsi.
  • Təmizlikçidən yemək bişirmək tələb olunmur. Yemək bağa hazır gəlir.
  • Bağban işi ağacları sulamaq təmizlikçiyə aid deyil. Bağda bağban var və bu işləri bağban görür.

İşçi üçün şərait: 

  • İş günləri 6 günlük iş həftəsi, saat 08:30-13:00 qədər təyin edilir. Bazar günü istirahət günüdür.
  • İşçini bağa səhər firmanın maşını aparır, günorta isə işçi özü avtobusla (18  nömrəli marşrutla) geri qayıdır;

İş yeri: Sumqayıt şəhəri, Novxanı Bağ massivi

Əmək haqqı: vergilər çıxıldıqdan sonra 450 AZN

Tələblər

  • Uyğun işdə iş təcrübəsi olmalıdır.
  • Xanımın yaşayış yeri mütləq Sumqayıtda olmalı, yaşı 35 yaşdan yuxarı olmamalıdır.
  • Seçilmiş namizəd öncə sınaq müddətinə işə cəlb olunacaq, uyğun olduğu təqdirdə daimi işə götürüləcək;
  • Müraciətlər yalnız 30 iyun 2026-cı il tarxinə qədər göndərilə bilər. Bu tarixdən sonra göndərilən müraciətlərə baxılmayacaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.