Bakı,
Azərbaycan
10/04/2026
-
24/04/2026
İş haqqında məlumat
- Müəyyən olunmuş ərazidə yaşıllaşdırma işlərinin yerinə yetirilməsi, ağaclara və digər bitkilərə vaxtlı-vaxtında qulluq edilməsi;
- Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
- Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsini həyata keçirmək, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsini təmin etmək;
- Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması,əkilənlərin dibinin boşaldılması və sulanmasına nəzarət etmək;
- Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyib bərkidilməsi işlərini yerinə yetirmək;
- Kampusun yaşıllaşdırılacaq sahələrində rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin bədii tərtibatını aparmaq;
- Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər
- Tələb olunan sahədə bilik və bacarıq;
- Bağbanlıq üzrə minimum 1-2 il iş təcrübəsi;
- Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
- Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
- Komanda ilə işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.