

“Bakıaeronaviqasiya” / HHİ (Hava hərəkətinin idarə edilməsi) Dispetçeri
Azərbaycan Hava YollarıƏmək haqqı: Razılaşma
6728 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş22-35
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliƏla
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş22-35
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliƏla
İş haqqında
İş haqqında
- Hava hərəkətinin idarə edilməsi dispetçeri öz məsuliyyət zonasının müəyyən edilmiş sərhədləri daxilində radiotexniki və radiolokasiya vasitələrindən istifadə etməklə hava gəmilərinin hərəkətini idarə edir;
- Hava gəmilərinin hərəkətinin idarə edilməsi prosesi zamanı hava hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi hava qüvvələri və hava hərəkətinin idarə edilməsi üzrə qonşu dispetçer məntəqələri ilə qarşılıqlı əlaqədə işləyir;
- Hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsi ilə bağlı dəqiq və vaxtında zəruri göstərişlər və məlumatlar verir;
- Nəzarət etdiyi yaxın zonalarda hava və meteoroloji şəraiti öyrənir və təhlil edir, hava gəmilərinin təhlükəli meteoroloji hadisələr zonasına daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görür;
- Hava gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi mümkün olmadıqda, hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsini qadağan edir.
Tələblər
- Vətəndaşlıq: Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- Yaş: 22–30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda);
- Yaş: maksimum 35 yaş (uyğun təcrübə olduğu halda);
- Təhsil: hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;
- Dil bilikləri: Azərbaycan dili – səlis; ingilis dili – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili biliyi;
- Qavrama və tez reaksiya vermə bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Əlavə qeydlər
- DMAA-nın Student license sahibi olan namizədlərə üstünlük veriləcək.
