Paul Restaurant

Barista

Paul Restaurant
450 - 500 ₼
2963
Növbəli iş
Bakı, Azərbaycan
26.09.2025 12:50 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • Menyuda olan bütün isti və soyuq içkilərin hazırlanması və təqdim olunması;
  • Bar zonasında təmizliyin və nizamın qorunması;
  • Qonaqlara peşəkar xidmət göstərilməsi;
  • İstifadə olunan məhsulların və avadanlıqların qayğısına qalmaq;
  • Gündəlik ehtiyaclar üzrə barın stok nəzarətində iştirak.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş vaxtı: Növbəli iş rejimi;
  • İş yeri: Caspian Plaza;
  • Qidalanma şirkət hesabıma.

Əmək haqqı:

  • Başlanğlç aylıq məvacib 450-500 manat təşkil edir + çaypulu + servis (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Müraciət üçün:

  • Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Barista” yazaraq qeyd olunan epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur;
  • DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur.

Tələblər

  • Təhsil: Vacib deyil;
  • İş təcrübəsi: Kafedə və ya restoranda barista kimi minimum 1 il iş təcrübəsi;
  • Kofe aparatları ilə işləmə bacarığı;
  • Müxtəlif növ içkilərin — espresso, cappuccino, latte, americano və s. hazırlanması;
  • Təmizlik və gigiyena qaydalarına riayət;
  • Məsuliyyətli, dəqiq və kollektivdə işləmə bacarığı;
  • Gülərüz və müştəriyönümlü yanaşma;
  • Sürətli və stressə davamlı iş rejimində işləmə bacarığı;
  • Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dili arzuolunandır.


Oxşar vakansiyalar