BEAST GROUP MMC

Barista

BEAST GROUP MMC
Ə/h razılaşma ilə
978
Tam iş günü
Bakı, Azərbaycan
27.10.2025 10:27 - 27.11.2025 12:00

İş haqqında məlumat

  • Baristalar ilk növbədə içkilərin hazırlanması və təqdim edilməsinə cavabdehdirlər. Baristalar tərkibində kofe, espresso və ya çay olan içkilər üzrə ixtisaslaşır, həmçinin smuuzi, milkşeyk və xüsusi içkilər kimi müxtəlif içkilər hazırlayırlar.
  • Müştəriləri mehribanlıqla qarşılamaq və yemək və içki sifarişlərini qəbul etmək;
  • Sadədən mürəkkəbə qədər içkiləri hazırlamaq və təqdim etmək;
  • Menyu seçimi ilə bağlı müştərilərə kömək etmək; 
  • Menyuların təbliğ etmək və müştərilərə tövsiyə etmək;
  • Məhsulları müştərilərə nəzakətli və mehriban bir tərzdə təqdim etmək; 
  • Müştərilərimizi Şirkətin məhsul və xidmətlərinin yüksək keyfiyyəti haqqında məlumat vermək;
  • Müştərinin sifarişi üzrə kofeni şirkətin təlimatlarına uyğun olaraq çəkmək, üyütmək və qablaşdırmaq;
  • Isti və soyuq içkiləri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmək;
  • Bütün kofe dənləri, qəhvə qarışıqları, qəhvə hazırlanması və qarışıq məhsulları haqqında biliklərini təkmilləşdirməyə davam etmək.

Şərtlər

  • İş günü/saatı – həftədə 6 gün, 9 saat;
  • İstirahət – həftədə 1 gün;
  • Kafe Ağ şəhərdə yerləşir (yaxında yaşayan əməkdaşlara üstünlük verilir) ;
  • Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

Cv(anket) +994503357959 nömrəsinə və yaxud Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

  • Bütün içki reseptlərinə və Şirkət prosedurlarına əməl etmək;
  • Mütəmadi olaraq, işini aparmaqla bərabər, bar sahəsini və ərzaq  zonasını təmiz və səliqəli saxlamaq;
  • İş vaxtı təmiz şirkət formasının geyinmək;
  • Müəyyən edilmiş şirkət standartlarına uyğun səliqəli xarici görünüşü təmin etmək;
  • Müəyyən edilmiş şirkət standartlarına uyğun olaraq şəxsi gigiyena qaydalarına riayət etmək; 
  • İnventar və avadanlıqları təmiz saxlamaq və baxımını təmin etmək, problemlər barədə baş baristaya məlumat vermək;
  • Bütün tanıtım fəaliyyətlərində aktiv və səmərəli şəkildə iştirak etmək;
  • Baş baristanın birbaşa göstərişlərinə əməl etmək; 
  • Sifariş edilməli və ya səbəbi açıqlanmaqla silinməli olan məhsullar barədə dərhal Baş baristaya məlumat vermək;
  • Arzuolunmaz situasiyalar olarsa, problemi vaxtında həll etmək və Baş Barista və ya Növbə Nəzarətçisinə məlumat vermək.

Tələblər

  • Orta təhsil;
  • Müvafiq sahədə 1 il təcrübə;
  • Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
  • İş vaxtı təmiz və nizamlı görünmək;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək;
  •  Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı;
  • Azərbaycan dilini bilmək (Rus dili bilgisinə üstünlük verilir).