Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
600 - 700 ₼
1513
Tam iş günü
Bakı, Azərbaycan
13/01/2026 - 27/01/2026

İş haqqında məlumat

  • Məktəb kafeteriyasının vitrininin səliqəsinə və görünüşünə nəzarət etmək
  • Kofe, çay və digər soyuq və isti içkiləri diqqətlə və standartlara uyğun olaraq hazırlamaq
  • Stokları düzgün idarə etmək və sifariş tələblərini müəyyən etmək
  • İstifadə olunan avadanlıqların və səthlərin təmizliyinə nəzarət etmək
  • Yüksək keyfiyyətli və sürətli xidmət göstərmək
  • Gülərüz və səliqəli olmaq, məsuliyyətlə davranmaq
  • Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək
  • Gigiyena qaydalarına riayət etmək
  • Daxili qaydalara əməl etmək
  • Günlük satış, kassa və bank ödənişləri hesabatlarını Maliyyə şöbəsinə təqdim etmək

Biz təklif edirik:

  • 600 - 700 AZN xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)


 

Tələblər

  • Müvafiq sahə (vəzifə) üzrə 1 il iş təcrübəsi
  • Rus və İngilis dillərini bilməsi arzu olunandır 
  • Müştərilərlə düzgün və nəzakətli ünsiyyət bacarığı
  • Komandada işləmə bacarığı və məsuliyyətlilik
  • Sadə hesablama əməliyyatları bacarığı
  • Təmizliyə və gigiyena qaydalarına riayət etmə
  • Stressə davamlılıq və operativlik
  • İşə vaxtında və məsuliyyətlə yanaşma

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.