Daşkəsən Dəmir Filiz MMC
Ə/h razılaşma ilə
375
Tam iş günü
Daşkəsən, Azərbaycan
03.07.2025 21:32 - 03.08.2025 12:00

İş haqqında məlumat

  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək ;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmə;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
  • Anbardan malları yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxılmasına nəzarət etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları emala hazırlamaq;
  • Aylıq balans hesabatlarının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq, mühasibatlığa təqdim etmək;
  • Rüblük anbar sayımlarında iştirak etmək;
  • Malların anbara qəbulu, mühafizə olunmuş şəkildə kateqoriyalara uyğun rəf kodlarına düzgün yerləşdirilməsinə, lazım olan avadanlıq, inventar və.s təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik etmək;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət etmək;
  • Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasına, mühafizə olunmasına və vaxtında ünvana qaytarılmasına nəzarət etmək;
  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;  
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş vaxtı: 08:00 – 17:00;
  • İş yeri: Daşkəsən rayonu.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, ingilis dili biliyinin olması üstünlükdür;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək (xüsusilə Excel),
  • 1C-də iş təcrübəsi və sərbəst işləmək  bacarığı;   
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.