STP Global Cable

Baş anbardar

STP Global Cable
Ə/h razılaşma ilə
739
Tam iş günü
Sumqayıt, Azərbaycan
12/01/2026 - 26/01/2026

İş haqqında məlumat

  • İstehsalat müəssisəsinin xammal, yarımfabrikat və hazır məhsul anbarlarının fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi;
  • Anbar təsərrüfatının kabel və elektrik istehsalının tələblərinə uyğun təşkil edilməsi;
  • Anbar proseslərinin fasiləsiz və təhlükəsiz icrasının təmin olunması;
  • Xammal və materialların idarə olunması;
  • Kabel və elektrik istehsalında istifadə olunan xammalların (mis/alüminium tel, PVC, XLPE, 
  • izolyasiya materialları, barabanlar və s.) qəbulu, saxlanması və istehsalata verilməsinə nəzarət;
  •  Daxil olan materialların keyfiyyət və miqdar baxımından yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və rəhbərliyə bildirilməsi;
  • Xammalların FIFO/FEFO prinsiplərinə uyğun saxlanmasının təmin edilməsi;
  • Hazır kabel məhsullarının (barabanlı, rulonlu və s.) anbara qəbulu, saxlanması və göndərişinin təşkili;
  • Yarımfabrikatların istehsalat mərhələləri üzrə düzgün uçotunun aparılması;
  • Müştəri sifarişlərinə uyğun məhsul yığımı və vaxtında təhvil verilməsinin təmin edilməsi;
  • Anbara daxilolma, çıxış və daxili köçürmələrin LOGO ERP sistemində vaxtında və düzgün qeydiyyatı;
  • Anbar qalığı, istehlak norması və inventar məlumatlarının ERP üzərindən izlənməsi;
  • ERP sistemində sənədlərin (qaimə, tələbnamə, köçürmə, inventar aktı və s.) düzgün tərtib edilməsi;
  • ERP məlumatları ilə faktiki anbar qalığının uyğunluğunun təmin edilməsi;
  • İnventarizasiya və hesabatlılıq;
  • Müntəzəm və növbədənkənar inventarizasiyaların aparılmasının təşkili və iştirak edilməsi;
  • Artıq və çatışmayan materialların səbəblərinin araşdırılması;
  • Anbar fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İstehsalat şöbəsi ilə sıx əməkdaşlıq edərək material tələbatının vaxtında təmin edilməsi;
  • İstehsalat planına uyğun xammal və material ehtiyatlarının formalaşdırılması;
  • İstehsalat prosesində yaranan qalıqların və tullantıların uçotuna nəzarət;
  • Anbarda əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
  • Kabel barabanlarının, ağır yüklərin və kimyəvi materialların düzgün saxlanmasının təmin edilməsi;
  • Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması;
  • Anbardarların və köməkçi heyətin iş bölgüsünün aparılması;
  • Anbar işçilərinin fəaliyyətinə nəzarət və onların iş intizamının təmin edilməsi;
  • Yeni işçilərin anbar qaydaları və ERP sistemi üzrə təlimatlandırılması;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi;
  • Anbar proseslərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim edilməsi

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Tələblər

  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.