Green Cleaning MMC

Baş anbardar (Təmizlik şirkəti)

Green Cleaning MMC
Ə/h razılaşma ilə
2844
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 12:16 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • Anbarda təmizlik materiallarının, avadanlıqlarının və digər ehtiyatların düzgün və səliqəli saxlanılmasına nəzarət etmək;
  • Malların düzgün kateqoriyalara bölünməsi və saxlanma qaydalarına uyğun olaraq yerləşdirilməsini təmin etmək;
  • Mal-materialların və avadanlıqların qəbulu, yoxlanılması və 1C (8.3) proqramında qeydiyyata alınması;
  • Qəbul edilən malların keyfiyyətini və miqdarını yoxlamaq;
  • Təmizlik işçilərinə və obyektlərə lazımi materialların vaxtında və düzgün paylanmasını təmin etmək;
  • Tələb olunan materialların miqdarına uyğun sifarişlərin hazırlanmasında iştirak etmək;
  • Anbarda olan malların mövcudluğu ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını təmin etmək;
  • Anbarın təhlükəsizliyini təmin etmək və zərər risklərini azaltmaq üçün tədbirlər görmək;
  • Yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.

 İş şəraiti:

  • İş qrafiki: 6 günlük;
  • İş rejimi: B.e-C: 09:00-17:00, Şənbə: 09:00-14:00  ;
  • Əmək haqqı: müsahibə əsasında.

Ünvan: Yasamal rayonu, Azad Mirzəyev 6 C (Statistika komitəsinə yaxın), Green Cleaning şirkəti.
Müraciət etmək üçün CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail adresinə mövzu hissədə "baş anbardar (təmizlik şirkəti)" yazaraq göndərməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi: 5 ildən çox;
  • Yaş: 25 - 40;
  • Cins: Kişi;
  • Anbar idarəetməsi və inventarizasiya prosesləri barədə biliklər;
  • Təmizlik materialları və avadanlıqları haqqında məlumatlı olmaq;
  • Kompüter bilikləri, xüsusilə MS Excel, 1C (8.3) və anbar proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı.


Oxşar vakansiyalar