TABİA Group

Baş Aşpaz

TABİA Group
Ə/h razılaşma ilə
1679
Tam iş günü
Yevlax, Azərbaycan
04.08.2025 10:32 - 04.09.2025 12:00

İş haqqında məlumat

Şöbə: Mətbəx.

İşəgötürən: “Yevlakh City Hotel”  MMC /TABIA GROUP MMC

Ünvan: Yevlax şəhəri.

Əmək funksiyası:

  • Bütün restoran şöbələri və banket funksiyalarının gündəlik kulinariya fəaliyyətlərini idarə etmək;
  • Brendin kulinariya standartları və əməliyyat prosedurlarına (SOP) tam uyğunluğunu təmin etmək;
  • Pik xidmət saatlarında mətbəx işlərini nəzarətdə saxlamaq və yerində təlim və dəstək vermək;
  • Müntəzəm olaraq yeməyin keyfiyyəti, dadı, təqdimatı və porsiya ölçüsünü yoxlamaq;
  • Xidmət zamanı restoranlarda fəal iştirak etmək, zərurət olduqda qonaqlarla birbaşa ünsiyyət qurmaq;
  • Mövsümi və tədbir əsaslı menyular hazırlamaq, bazar trendləri və qonaq gözləntilərinə uyğunlaşdırmaq;
  • Mətbəx büdcəsinə nəzarət etmək; ərzaq xərcləri və işçi qüvvəsi hədəflərinə riayət olunmasını təmin etmək;
  • Təchizat şöbəsi ilə əməkdaşlıq edərək keyfiyyətli məhsulların sərfəli qiymətə alınmasını təmin etmək;
  • Anbar ehtiyatlarını izləmək, israfı minimuma endirmək və istehsal planlamasını səmərəli həyata keçirmək;
  • Aşpaz heyətini idarə etmək, təlim keçmək və ruhlandırmaq; məsuliyyət, hörmət və yaradıcılıq mühitini təşviq etmək;
  • Yeni əməkdaşların işə qəbulu, uyğunlaşdırılması (onboarding) və fəaliyyətlərinin qiymətləndirilməsini həyata keçirmək;
  • Qida təhlükəsizliyi və sağlamlıq qaydalarına tam riayət olunmasını təmin etmək;
  • HACCP jurnalları, temperatur qeydləri və təmizlik cədvəllərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • Audit yoxlamalarına hazır olmaq və onların uğurlu keçməsini təmin etmək;
  • Gündəlik brifinqlərdə və həftəlik rəhbərlik görüşlərində iştirak edərək ümumi əməliyyatlarla kulinariya şöbəsinin əlaqələndirilməsini təmin etmək;
  • Aylıq hesabatlar təqdim etmək (istehlak, israf, hadisələr, təlim nəticələri və s.);
  • Xüsusi aksiyalar, tədbirlər və yeni kulinariya ideyaları üzrə təşəbbüslərlə çıxış etmək.

Fərdi keyfiyyət göstəriciləri:

  • Fiziki dözümlülük;
  • Üstün aşpazlıq və kulinariya bacarıqları;  
  • Mətbəx büdcəsini idarə etmək; 
  • Mətbəxdə gigiyenik və təhlükəsiz qaydalara riayət edilməsi;  
  • Mətbəxdə vəzifələrin bölüşdürülməsi  və onların icrasına rəhbərlik etmək;
  • Yaradıcı və unikal menyular tərtib etmək bacarığı; 
  • Mətbəxdə ilk tibbi yardımın necə tətbiq edilməsi; 
  • Stressin idarə edilməsi; 
  • Yüksək səviyyədə nizam-intizamlılıq;  
  • Strukturlu çalışma.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Tibbi sığorta.

İş yeri:

  • Yevlax şəhəri.

Müraciət forması:

  • Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
  • CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Tələblər

  • Ali və ya natamam ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahəsində ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi;
  • Mətbəx xidmətlərinin göstərilməsi qaydalarını; 
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq bacarığı;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili – yaxşı səviyyədə.