Bakı,
Azərbaycan
15.08.2025 12:08
-
15.09.2025 12:00
İş haqqında məlumat
- Qida əlavələrinin və qəlyanaltılarının müxtəlif növlərinin hazırlanması;
- Menyuda yer alan məhsulların resepturalarının hazırlanmasını təmin etmək;
- Mətbəxin təmizliyinə və gigiyena vəziyyətinə nəzarət etmək;
- Mətbəx üçün lazım olan mal və materialların siyahısını hazırlamaq və onların alınmasını təmin etmək;
- Mal-materialların təhvil-təslim işlərini aparmaq və stok vəziyyəti barədə rəhbərliyə məlumat vermək;
- Əməyin mühafizəsi, təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara tam əməl etmək;
- İş zamanı özünün və digər işçilərin təhlükəsizliyini təmin etmək, həyati təhlükəli mənbələrdə şəxsi icazə olmadan iş görməmək;
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalar və qaydalara uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- Komandanın iş çərçivəsində, verilən tapşırıqlara riayət etməsini təmin etmək;
- Alınmış ərzaqların qəbulu zamanı onların keyfiyyətini, istifadə tarixini, tərkibini, dadının standartlara uyğun olmasını, kəsim formasını, ölçüsünün düzgün olmasını yoxlamaq;
- Milli və xarici mətbəx haqqında məlumat, təcrübəyə sahib olmaq.
Şərtlər:
- Is günü/saati – Növbəli is qrafiki;
- İstirahət – həftədə 1 gün;
- Restoran Əhmədli metro stansiyasına yaxın yerləşir;
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
CV (anket)-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələblər
- Təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı;
- Stressə davalı olmaq;
- Aşpazlıq və ya qida xidməti sahəsində ən azı 2 il iş təcrübəsi;
- Sanitar-gigiyena və əməyin mühafizəsi qaydaları barədə dərin bilik;
- Qida təhlükəsizliyi standartları və normalarını bilmə və tətbiq etmə bacarığı;
- Təşkilatçılıq və idarəetmə bacarığı, komanda ilə işləmək qabiliyyəti;
- Yüksək məsuliyyət və diqqətlilik.