Bakı,
Azərbaycan
09/10/2026
-
23/10/2026
İş haqqında məlumat
İş şəraiti
- Maaş - 1 800 Azn + service charge % + bonuslar
- Bonuslar birlikdə maaşın özündən də çox olur — orta aylıq qazanc 3500 Azn və daha yuxarıdır.
- İş saatı: Görüşdə müzakirə olunur
- 6 günlük iş qrafiki
- İşə qəbul tam rəsmi, əmək qanunvericiliyinə uyğun həyata keçirilir
İş öhdəlikləri:
- Mətbəxin ümumi işində Baş Aşpaz (Chef) kimi fəaliyyət göstərmək;
- Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına rəhbərlik etmək;
- Mətbəx işçilərini idarə etmək, o cümlədən işçilərin iş cədvəlini qurmaq, intizam və inzibati məsələlərə nəzarət etmək;
- Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək;
- Yeni qəbul olan işçilərə və kiçik aşpazlara təlimlər keçmək;
- Yemək menyularının yaradılmasında və yenilənməsində iştirak etmək;
- Qida gigiyenası qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Məhsulların düzgün istifadəsinə və ehtiyata nəzarət etmək.
Tələblər
- Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Çevik iş qrafikində işləmək bacarığı;
- Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.