Bakı,
Azərbaycan
17/09/2026
-
17/10/2026
İş haqqında məlumat
Makfit Fitness Club mətbəx fəaliyyətini idarə edəcək, yüksək keyfiyyət standartlarını təmin edəcək və qida konseptimizin inkişafında aktiv rol alacaq təcrübəli və yaradıcı Baş Aşpaz axtarır.
Əsas vəzifələr:
- Mətbəxin gündəlik fəaliyyətinin tam idarə olunması və iş prosesinin düzgün təşkili;
- Sağlam, balanslaşdırılmış və proteinlə zəngin seçimlər daxil olmaqla menyunun hazırlanması və inkişaf etdirilməsi;
- Yeni yeməklərin, reseptlərin və mövsümi menyuların hazırlanması;
- Yeməklərin dad, keyfiyyət, porsiya və təqdimat standartlarına nəzarət;
- Mətbəx komandasının idarə olunması, təlimi və iş bölgüsünün təşkili;
- Məhsulların maya dəyərinə (food cost), porsiyalara və qida itkisinin minimuma endirilməsinə nəzarət;
- Anbar qalığı, məhsul istifadəsi və sifariş prosesinin idarə olunması;
- Təchizatçılarla iş və alınan məhsulların keyfiyyətinə nəzarət;
- Məhsulların düzgün saxlanılması, təzəliyi və istifadə müddətlərinə nəzarət;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya standartlarının təmin edilməsi;
- Kafe və digər aidiyyəti komandalarla koordinasiyalı fəaliyyət.
Tələblər
- Baş aşpaz, Executive Chef və ya oxşar rəhbər vəzifədə iş təcrübəsi;
- Mətbəx və komanda idarəetməsi üzrə güclü bacarıqlar;
- Menyu və reseptlərin hazırlanması üzrə təcrübə;
- Food cost, stok və qida itkisinə nəzarət sahəsində biliklər;
- Güclü liderlik və təşkilatçılıq bacarıqları;
- Qida təhlükəsizliyi və gigiyena standartları üzrə biliklər;
- Məsuliyyətli, yaradıcı və detallara diqqətli yanaşma;
- Sağlam və fitness yönümlü qidalanma sahəsində təcrübə üstünlükdür.
Biz nə təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı;
- Müasir və peşəkar iş mühiti;
- Makfit-in qida konseptinin formalaşdırılmasında və inkişafında aktiv iştirak imkanı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Ödənişsiz klub üzvlüyü.
Kulinariya sahəsində yüksək standartlara önəm verir, güclü komanda idarəetmə bacarıqlarına sahibsinizsə və yeni qida konseptinin inkişafında rol almaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
📩 CV və portfolionu [email protected] ünvanına göndərin