AzTelco Group

Baş Direktorun Müavini

AzTelco Group
Ə/h razılaşma ilə
582
Tam iş günü
Bakı, Azərbaycan
26/08/2026 - 09/09/2026

İş haqqında məlumat

Bu vəzifə,tərəfdaş etdiyimiz Stevedoring LLC şirkəti üçün axtarılır. Liman sahəsində təcrübəyə
malik namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə Öhdəlikləri:

  • Baş direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Cəmiyyətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Cəmiyyətin təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir, maddi və maliyyə mənbələrindən
    səmərəli və məqsədyönlü istifadəni təmin edir, itkilərini azaldır, dövriyyə kapitalının dövriyyəsini sürətləndirir;
  • Baş direktora lazım olan məlumatları Cəmiyyətin quruluş bölmələrindən əldə etmək, zəruri
    hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək;
  • Baş direktorunun tapşırığı ilə Cəmiyyətin quruluş bölmələrinin iclas və müşavirələrində
    iştirak etmək, iclas və müşavirələrin yekunları barədə Cəmiyyətin Baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
  • Baş direktorun qərarlarının icrasına nəzarət etmək;
  • Əməliyyat sahəsinin fəaliyyətinin nəticələrini, işin keyfiyyətinin aşağı düşməsi səbəblərinin
    təhlili, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsi və tətbiqində iştirak etmək;
  • Cəmiyyətdə yükaşırmalar üzrə əməliyyatların keyfiyyətinə nəzarət edilməsi və artırılmasına
    dair tədbirlərin həyata keçirilməsi;
  • İdarəetmə və əməliyyat sisteminin təkmilləşdirilməsinin təşkil edilməsini həyata keçirmək;
  • Cəmiyyətdə biznes proseslərin tətbiq olunmasına nəzarəti həyata keçirmək;
  • Mövcud biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirmək;
  • Cəmiyyətdə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsini həyata keçirmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə təhsil üstünlükdür;
  • İdarəetmə üzrə sertifikatları olması arzuolunandır;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Texniki heyətin idarə olunması və koordinasiyası sahəsində təcrübə;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dilləri üstünlükdür;
  • Microsoft Office proqramlarını yaxşı bilmək;
  • Yüksək kommunikasiya bacarığı, səlis, aydın nitq və təqdimat qabiliyyəti;

Təklif Edilir:

  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Dinamik və inkişafyönümlü iş mühiti.

Ünvan: