Bakı,
Azərbaycan
06/10/2026
-
20/10/2026
İş haqqında məlumat
- DDF MMC-nin elektrik avadanlıqlarının təhlükəsiz və etibarlı istismarını təmin etmək.
- Yarımstansiyaların, transformatorların, paylayıcı qurğuların, kabel və hava xətlərinin, elektrik mühərriklərinin və digər elektrik avadanlıqlarının gündəlik texniki vəziyyətini yoxlamaq.
- Elektrik avadanlıqlarının cari və planlı texniki xidmət və təmir işlərinin icrasını həyata keçirmək.
- Elektrik qurğularında operativ açma və söndürmə əməliyyatlarının təsdiq edilmiş sxem və təhlükəsizlik qaydalarına uyğun aparılmasını həyata keçirmək.
- Elektrik qurğularında təmir və digər işlərin təhlükəsiz yerinə yetirilməsi üçün iş yerinin hazırlanmasını və işçilərin təhlükəsizliyini təmin etmək.
- Qəza-bərpa işləri zamanı elektrik işçilərinin fəaliyyətini sahədə koordinasiya etmək.
- Elektrik avadanlıqlarının yüklənməsinə, temperaturuna, gərginliyinə, cərəyanına və digər iş parametrlərinə nəzarət etmək.
- Elektrik avadanlıqlarında planlı baxışların, ölçmələrin və sınaqların vaxtında aparılmasını həyata keçirmək.
- Rele mühafizəsi, avtomatika, ölçü cihazları və digər mühafizə vasitələrinin işlək vəziyyətinə nəzarət etmək.
- Elektrik avadanlıqlarının istismar jurnallarının və növbə üzrə texniki qeydlərin düzgün aparılmasını təmin etmək.
- Elektrik təsərrüfatında istifadə olunan alət, cihaz, fərdi mühafizə vasitələri və digər texniki vasitələrin saz vəziyyətdə saxlanılmasına təmin etmək.
- Elektrik işçilərinin elektrik təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək.
- Elektrik avadanlıqlarının istismarı zamanı yaranan texniki problemlər barədə Baş energetikə vaxtında məlumat vermək.
- Elektrik təsərrüfatında qəza və nasazlıqların qarşısının alınması məqsədilə sahədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
- Elektrik təsərrüfatına aid texniki sənədlərin, sxemlərin, avadanlıq pasportlarının və istismar sənədlərinin sahədə düzgün saxlanılmasını təmin etmək.
- Elektrik avadanlıqlarında işlərin görülməsi zamanı tələb olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək.
- Elektrik təsərrüfatında baş vermiş qəza, nasazlıq və avadanlıq sıradan çıxmaları barədə ilkin məlumat və hesabat hazırlamaq.
- Baş energetik tərəfindən verilən elektrik təsərrüfatı ilə bağlı tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Elektrik mühəndisliyi, Energetika və ya Avtomatlaşdırma sahəsi));
- Minimum 3 il iş təcrübəsi (Energetika və ya Ağır Sənaye sahəsi üzrə iş təcrübəsi:
- Elektrik avadanlıqlarının istismarı və təmiri (Transformatorlar, Yüksək/Alçaq gərginlik xətləri);
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- Microsoft Office və AutoCad proqramları üzrə kompüter biliyi ;
Digər məlumatlar:
- İş yeri: Daşkəsən rayonu
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 08:00 – 17:00
- Servislə təmin olunma;
- Nahar yeməyi ilə təmin olunma;