“M
Ə/h razılaşma ilə
757
Tam iş günü
Bakı, Azərbaycan
31.10.2025 04:00 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Fabrikin enerji daşıyıcılarının və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtında həyata keçirmək. Müəssisədə olan elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarına uyğun istifadəsini təmin etmək,yaranan problemləri aradan qaldırmaq;
  • Yarımstansiyaların, elektrik generatorların və YPS  istismarı və texniki xidmətinə rəhbərlik etmək;
  • Dəzgahların sazlanması və onlara daimi nəzarət etmək;
  • Elektrik dövriyyəsinin hesablanmasını aparmaq, enerji istehlakını analiz etmək və optimallaşdırmaq;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq elektrik layihələndirmə işlərini həyata keçirmək;
  • Layihələrin müvafiq dövlət strukturları ilə razılaşdırılması və təsdiqi prosesini idarə etmək;
  • Layihələr üzrə quraşdırılacaq elektrik avadanlıqları və materialların smetalarının hazırlanması, texniki tələblərin və əmsalların nəzərə alınması;
  • Elektrik-quraşdırma işlərinin Tikinti Norma və Qaydalarına (TNQ) uyğun şəkildə təşkili və icrasına nəzarət;
  • Fabrikdəki sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
  • Profilaktik təmirlərin, texniki yoxlamanın və hazırlıq planlarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
  • Müəssisənin bütün elektrik və enerji təsərrüfatına ümumi nəzarəti həyata keçirmək;
  • Enerji təchizatı sistemlərinin modernləşdirilməsi, səmərəliliyin artırılması və enerji qənaəti tədbirlərini hazırlamaq;
  • Texniki sənədlərin, hesabatların, göstəricilərin və təlimatların hazırlanması;
  • Avadanlıqların dövri baxışını həyata keçirmək və profilaktik tədbirlər görmək;
  • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,istehsalat sanitariyası və yanğında mühafizə norma və qaydalarına əməl etmək.

Əmək şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi 
  • Əmək haqqı: Müsahibə nəticəsində müəyyən ediləcəkdir.
  • Ünvan: Binəqədi ray, Biləcəri qəs, Binəqədi şos, 8F
  • Stabil iş yeri, peşəkar və mehriban kollektiv

Müraciət qaydası:

  • Uyğun namizədlərdən CV-lərini mövzu yerində “Baş energetik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali texniki təhsil (energetika, elektrotexnika və ya əlaqədar sahə üzrə);
  • Baş energetik və ya energetik mühəndis kimi 3-5 il iş təcrübəsi;
  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyəti sənədlər haqqında biliklər;
  • Enerji təsərrüfatının təşkili, texniki istismar və təmir texnologiyaları üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və iş rejimləri barədə məlumatlı olmaq;
  • Yanacaq-enerji ehtiyatlarının sərfiyyat normasının işlənməsi qaydalarını bilmək;
  • Elektrik sxemləri, enerji paylanması və təhlükəsizlik qaydalarını mükəmməl bilmək;
  • Microsoft Office, AutoCAD və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili — mükəmməl, rus dili — yaxşı;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və rəhbərlik bacarıqları;
  • Yüksək məsuliyyət, operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Təşkilatın missiyasına və peşəkar dəyərlərinə sadiqlik.


Oxşar vakansiyalar