STP Global Cable

Baş energetik

STP Global Cable
Ə/h razılaşma ilə
342
Tam iş günü
Sumqayıt, Azərbaycan
13/05/2026 - 27/05/2026

İş haqqında məlumat

  • Müəssisənin enerji təsərrüfatının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi
  • Elektrik və enerji avadanlıqlarının gündəlik yoxlanılması, texniki istismarına və təmirinə nəzarət
  • Elektrik enerjisi sərfinin təhlili və qənaətli istifadəsinin təşkili
  • Qəzaların, nasazlıqların səbəblərinin araşdırılması və uçotunun aparılması
  • Ehtiyat avadanlıq və hissələrə olan tələbatın planlaşdırılması və sifarişlərin hazırlanması
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət
  • Enerji qurğularının təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və icrasının təşkili

Tələblər

  • Ali bakalavr təhsili (energetika və ya müvafiq sahə üzrə)
  • Rəhbər vəzifədə energetik kimi minimum 5 il iş təcrübəsi
  • Elektrik qurğularının istismarı və təhlükəsizlik qaydaları üzrə dərin biliklər
  • Analitik düşünmə, planlaşdırma və məsuliyyətlilik

Vəzifəyə dair əsas tələblər, səriştələr:

  • Təhsil - Ali təhsil-Bakalavr /Energetika
  • Sahə üzrə təcrübə tələbi - 5-10 il
  • Kompüter bilikləri - MS Office

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.