Grand Agro MMC

Baş energetik

Grand Agro MMC
Ə/h razılaşma ilə
217
Tam iş günü
Bakı, Azərbaycan
27/09/2026 - 09/10/2026

İş haqqında məlumat

  • Zavodun yarımstansiya, transformator, orta və aşağı gərginlikli paylayıcı qurğular, MCC panelləri, kabel xətləri və elektrik mühərriklərindən ibarət elektrik təsərrüfatının etibarlı işini təmin etmək;
  • Generator, UPS, avtomatik ehtiyat qoşulması, akkumulyator və reaktiv güc kompensasiyası sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Elektrik avadanlıqları üzrə texniki baxış, profilaktik xidmət, sınaq və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Elektrik nasazlıqlarını araşdırmaq, səbəblərini müəyyən etmək və təkrar baş verməsinin qarşısını almaq;
  • Qəza hallarının idarə olunmasını və enerji təchizatının təhlükəsiz şəkildə bərpasını təşkil etmək;
  • Elektrik işlərinin təhlükəsizlik qaydalarına və təsdiq edilmiş prosedurlara uyğun aparılmasına nəzarət etmək;
  • Elektrik texniklərinin işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin nəticələrini yoxlamaq;
  • Podratçı və servis təşkilatlarının işlərini koordinasiya etmək;
  • Elektrik enerjisinin sərfiyyatını, yük bölgüsünü və enerji səmərəliliyini izləmək;
  • Elektrik avadanlıqlarının texniki sənədlərinin, sxemlərinin, reyestr və sınaq protokollarının aktuallığını təmin etmək;
  • Yeni layihələrin tikinti və işə salınması mərhələsində elektrik işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.

Tələblər

  • Sənaye müəssisələrinin elektrik təsərrüfatında minimum 5 il iş təcrübəsi;
  • Elektrik təsərrüfatının istismarı, texniki xidmətin planlaşdırılması və qəza hallarının idarə olunması üzrə təcrübə;
  • 35 kV yarımstansiyaların istismarı üzrə praktiki təcrübə;
  • Elektrik heyətinin və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq;
  • Orta və aşağı gərginlik panelləri, MCC, generator, UPS və rele mühafizəsi üzrə bilik;
  • Birxətli sxemləri, kabel cədvəllərini, qoruma parametrlərini və sınaq protokollarını oxuma bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlükdür.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Təlim dəstəyi
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)