Bakı,
Azərbaycan
24/04/2026
-
08/05/2026
İş haqqında məlumat
- Sazişlər/müşahidələr/müqavilələr, düzəlişlər, dəyişikliklər, anlaşmalar və hüquqi gücə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
- Kontr-agentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
- Müqavilə sənədlərinin qüvvəyə minməsi icrası və qüvvədən düşməsi üçün bütün digər tələb olunan sənədlərin hazırlanması və/və ya hərəkətlərin edilməsi;
- Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi;
- Şirkətin təsisiçilərinin və Direktorlar Şurasının qərarlarının və protokollarının hazırlanması və saxlanması;
- Şirkətin məhkəmə orqanlarında təmsil edilməsi, orada Şirkətin hüquq və maraqlarının müdafiə edilməsi və bununla bağlı bütün zəruri hərəkətlərin Şirkətin adından həyata keçirilməsi;
- Qanunvericilikdəki dəyişikliklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyələrin verilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
İmtiyazlar:
- Könüllü tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
Tələblər
- Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə ali təhsil (bakalavr və magistr dərəcəsi)
- Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi
- Mülki qanunvericilik
- Mülki-prosessual qanunvericilik
- İnzibati-prosessual qanunvericilik
- Əmək Qanunvericiliyi
- Maliyyə və vergi qanunvericiliyi
- Sənaye, müəssisələr və sahibkarlıq fəalliyyəti haqqında qanunvericilik
- Beynəlxalq xüsusi hüquq
- Müqavilələrin idarə olunması (yerli və xarici)
- Əla səviyyədə ingilis dili biliyi
- MS Office proqramlarında işləmə bacarığı
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.