Bakı,
Azərbaycan
21.08.2025 03:28
-
21.09.2025 12:00
İş haqqında məlumat
- Cəmiyyətin qanuni maraqlarının qorunmasını öz səlahiyyətləri daxilində təmin etmək;
- Bölümün üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin yerinə yetirilməsi üçün lazımi hüquqi təminatı həyata keçirmək;
- Etibarnamə əsasında dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında, habelə məhkəmələrdə və mediasiya təşkilatlarında Cəmiyyətin maraqlarını təmsil etmək və qanuni mənafelərini müdafiə etmək;
- Məhkəmədə iddia qaldırılması ilə bağlı zəruri sənədləri toplamaq, onların təhlilini aparıb aidiyyəti məhkəməyə təqdim etmək;
- Bölümün fəaliyyəti ilə bağlı olan Cəmiyyətdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak etmək və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Gündəlik olaraq qanunvericilikdə dəyişiklikləri izləmək və Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid dəyişikliklər barədə Cəmiyyətin müvafiq struktur bölmələrini məlumatlandırmaq;
- Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlamaq;
- Cəmiyyətin idarəetmə orqanlarının qərar layihələrinin hazırlanmasında iştirak etmək, onların reyestrinin aparılmasını təmin etmək;
- Təssərufat müqavilələri üzrə hüquqi ekspertizanı həyata keçirmək, Cəmiyyətin tərəf olduğu digər müqavilələrə dair rəy və fikir bildirmək;
- Cəmiyyətin göstərdiyi xidmətlər üzrə müqavilə və digər əqdlərin hazırlanmasını təmin etmək;
- Bölümün fəaliyyət istiqamətləri çərçivəsində Cəmiyyətin struktur bölmələri tərəfindən verilən sorğuları cavablandırmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayət layihələrinin hazırlanması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Təhsil: Ali (Müvafiq sahə üzrə);
- İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən artıq (Bank sahəsində iş təcrübəsi üstünlükdür);
- Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili - yaxşı, Rus dili - arzuolunandır;
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Normativ hüquqi aktlar haqqında” qanunları üzrə biliklər;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktları haqqında biliklər;
- Azərbaycan Respublikasının mülki, bank, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsasları haqqında biliklər;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.