Bakı,
Azərbaycan
12.09.2025 09:17
-
12.10.2025 12:00
İş haqqında məlumat
- Hüquqi şəxsin fəaliyyət istiqaməti ilə bağlı hüquqi sənədləri qanunun tələblərinə uyğun şəxsən tərtib etmə, həmçinin tabeçiliyində olan hüquqşünaslar tərəfindən həmin sənədlərin hazırlanmasını təşkil etmə təcrübəsi;
- İddia ərizələrinə əsaslandırılmış etiraz, mülahizə və rəyləri şəxsən hazırlama, həmçinin hazırlanmasını təşkil etmə təcrübəsi;
- Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrinin ümumiləşdirilməsi, təhlili, şöbə rəisinə hesabat hazırlanması, icraatı qurtarmış məhkəmə işlərinin mühafizəsinin və elektron arxivləşdirilməsinin təşkili təcrübəsi;
- Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq halları ilə bağlı mübarizə tədbirlərinin işlənib hazırlanması və yerinə yetirilməsi, tabeçiliyində olan əməkdaşların iştirakını təmin etməklə həmin əməkdaşların gördüyü işləri operativ şəkildə ciddi nəzarətdə saxlamaq və bununla bağlı cari vəziyyəti əks etdirən hesabatı şöbə rəisinə təqdim etmək təcrübəsi;
- Qanunvericiliyin tələblərinə əsasın işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi təcrübəsi;
- Müqavilə şərtlərinin hazırlanmasında və müqavilələrin bağlanmasında iştirak etmək;
- İddia ərizələrinə etiraz, mülahizə və rəy hazırlamaq üçün arayişların, hesabatların, izahat və digər sənədlərin (sənədli materialların) vaxtında təqdim edilməsinə şəxsən nəzarət etmək sahəsində təcrübə;
- Hüquqi şəxsin idarəetmə strukturuna daxil olan struktur vahidləri və törəmə müəssisələri üzrə verilmiş və daxil olmuş normativ aktların qüvvədə olanlarına dəyişikliklərin edilməsi, qüvvədən düşənlərin ləğv edilməsi haqqında təklifləri tabeçiliyində olan əməkdaşların iştirakı ilə hazırlamaq;
- Məhkəmə, istintaq və hüquq-mühafizə orqanlarında hüquqi şəxsi təmsilçilik təcrübəsi.
Tələblər
- Yaş həddi:35;
- Cins:Cinsin fərqi yoxdur;
- Normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətlə bağlı təcrübə nümunələri;
- Oğurluq, israfçılıq, çatışmazlıq və digər qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına ərizələrin verilməsi üçün sənədləri şəxsən hazırlama və hazırlanmasını təşkil etmə;
- Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət, hər iki dildə korporativ yazışma praktikası, beynəlxalq və yerli müqavilələrin tərtibatı, prezentasiyaların təşkili və təqdimatı;
- Təhsil Pilləsi:Magistratura;
- İxtisası:Hüquqşünaslıq;
- İş təcrübəsi:ən azı 5 il.