Legalize Law Firm

Baş hüquqşünas

Legalize Law Firm
Ə/h razılaşma ilə
119
Tam iş günü
Bakı, Azərbaycan
17/09/2026 - 01/10/2026

İş haqqında məlumat

Legalize Hüquq Şirkəti “Baş hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, müqavilə, əmək, inzibati hüququ bilməsi;
  • Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;
  • Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;
  • Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.

Tələblər

  • Hüquq üzrə ali təhsil; 
  • Yaş: 25-28;
  • Mütləq 3-5 il iş təcrübəsi;
  • Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;
  • Neft-qaz (xüsusilə müqavilələr üzrə) və tikinti hüququ sahələrində təcrübənin olması üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində; ingilis dili – mütləqdir (şifahi ünsiyyət və hüquqi yazı bacarığı); rus dili – üstünlükdür;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
  • Effektiv ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • “Deadline”lara ciddi riayət etmək bacarığı;
  • Gərgin iş şəraitinə və stressə davamlılıq;
  • Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq.

İş şəraiti

  • İş vaxtı: 5 (beş) günlük.
  • İstirahət günü: şənbə, bazar.
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.