Himalay 2022

Baş Konstruktor

Himalay 2022
2000 - 2500 ₼
517
Tam iş günü
Bakı, Azərbaycan
19/01/2026 - 02/02/2026

İş haqqında məlumat

Himalay 2022 MMC daxili layihələrin icrası məqsədilə yaradılan Layihə–Konstruktor–Dizayn şöbəsi üçün Baş Konstruktor vəzifəsi üzrə vakansiya elan edir.

Qeyd: Bu vakansiya outsourcing və ya reklam yönümlü iş deyil. Namizəd real mühəndislik və real layihələr üzərində fəaliyyət göstərəcəkdir.

  • Tikinti layihələrinin daşıyıcı konstruksiya hissələrinin hesablanması və layihələndirilməsi
  • Mühəndislik hesabatlarının və işçi çertyojların hazırlanmasına rəhbərlik
  • Memar və digər mühəndislərlə birgə texniki həllərin işlənməsi
  • Tikinti prosesinə texniki nəzarət və uyğunluğun yoxlanılması
  • Normativ sənədlərə və keyfiyyət standartlarına riayət olunmasına nəzarət

Əməkhaqqı: 2000 – 2500 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq)


 

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi / Konstruktor ixtisası üzrə)
  • Minimum 2 il peşəkar iş təcrübəsi
  • SAP2000, ETABS, Tekla və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı
  • Beton və metal konstruksiyalar üzrə biliklər
  • Hesablama və texniki məsuliyyət
  • Məsuliyyətli və qərarvermə qabiliyyəti yüksək
  • Layihə sənədləşməsi və komanda ilə effektiv ünsiyyət bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.