Gədəbəy,
Azərbaycan
16.09.2025 02:31
-
16.10.2025 12:00
İş haqqında məlumat
- Məhsullarının kimyəvi- fiziki, mikrobioloji sınaqlara aparır və onların nəticələrinin obyektivliyinə və düzgünlüyünə cavab verir;
- Nomenklaturada nəzərdə tutulmuş məhsulların yeni növ sınaqlarını mənimsəyir, eləcə də yeni ölçü vasitələrini və sınaq metodlarını tətbiq edir;
- Laboratoriyaya təqdim olunmuş nümunələrin sınağının aparılmasına rəhbərlik edir;
- Kimyəvi qabların təmizliyinə nəzarət edir;
- Laboratoriya avadanlıqlarının istifadə qaydalarını, təhlükəsizlik texnikasını, sanitariya, əməyin mühafizəsi qaydalarını bilməli və riayət edilməsinə görə məsuliyyət daşıyır;
- Sınaqların daha düzgün və effektli aparilması üçün bütün lazımi normativ sənədlərlə tanış olur;
- Laboratoriyada sınaq məqsədi ilə avadanlıqlardan istifadə edir;
- Prosedurlardan qaynaqlanan kənar çıxmaları təsbit edir və bu cür kənarçıxmaları əvvəlcədən müəyyən edir və lazımı mənbələrlə təmin edir;
- İstifadə edilən metod və prosedurları və hər sınaq və kalibrasiya hədəflərini əsas tutaraq sınaq və ya kalibrasiya nəticələrini qiymətləndirilməsini uyğun şəkildə sağlayır;
- Analizlərin dəqiqliyini nəzarətdə saxlamaq üçün digər laboratoriyalarda paralel analizlərin aparılmasını təşkil edir;
- Hər gün hazır məhsul və xammalın vacib parametrlərinin təyin olunması və yaddaşda saxlanması;
- Hazır məhsuları Respublikanın tanınmış laboratoriyalarından birində yoxlatdırılması- rübdə 1 dəfə ;
- Yeni tapılan bulaqların suyunun analiz edilməsi və rəy verilməsi;
- Fabrikdə sanitar gigiyena qaydalarına əməl olunmasına nəzarət etmək, işçilər arasında sanitar gigiyena qaydalarına əməl olunması üçün təbliğat işləri aparmaq;
- İstehsala lazım olan xam maddələrin (qapaq, preform) yoxlanılması və istehsala yararlığı barədə rəy verilməsi;
- Hazır məhsulların saxlanma şəraitinə əməl olunmasına nəzarət edilməsi;
- İSO sertifikatları və digər sənədlərin aparılması.
İş şəraiti
- Gədəbəy, Şəmkir, Gəncə bölgələrində yaşayan sakinlərə üstünlük verilir;
- İş yeri - Gədəbəy rayonu, Zəhmətkənd;
- Namizəd ev ilə təmin olunur;
- Əmək haqqı razılaşma yolu ilə təyin oluna bilər.
Müraciət etmək istəyən namizədlərdən cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Baş laborant” qeyd edərək göndərmələri xahiş olunur.
Tələblər
- Müvafiq sahə üzrə 5 ildən çox iş staji;
- Müvafiq sahə üzrə təhsil;
- İSO standart tələblərini bilməli;
- Kimyəvi-fiziki , mikrobioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri;
- Sertifikatların olması üstünlükdür ;
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.