Gədəbəy Mineral Sular
Ə/h razılaşma ilə
2010
Tam iş günü
Gədəbəy, Azərbaycan
09/01/2026 - 23/01/2026

İş haqqında məlumat

  • Məhsullarının kimyəvi- fiziki, mikrobioloji sınaqlara aparır və onların nəticələrinin obyektivliyinə və düzgünlüyünə cavab verir
  • Nomenklaturada nəzərdə tutulmuş məhsulların yeni növ sınaqlarını mənimsəyir, eləcə də yeni ölçü vasitələrini və sınaq metodlarını tətbiq edir
  • Laboratoriyaya təqdim olunmuş nümunələrin sınağının aparılmasına rəhbərlik edir
  • Kimyəvi qabların təmizliyinə nəzarət edir. 
  • Laboratoriya avadanlıqlarının istifadə qaydalarını, təhlükəsizlik texnikasını, sanitariya, əməyin mühafizəsi qaydalarını bilməli və riayət edilməsinə görə məsuliyyət daşıyır.
  • Sınaqların daha düzgün və effektli aparilması üçün bütün lazımi normativ sənədlərlə tanış olur. 
  • Laboratoriyada sınaq məqsədi ilə avadanlıqlardan istifadə edir. 
  • Prosedurlardan qaynaqlanan kənar çıxmaları təsbit edir və bu cür kənarçıxmaları əvvəlcədən müəyyən edir və lazımı mənbələrlə təmin edir. 
  • İstifadə edilən metod və prosedurları və hər sınaq və kalibrasiya hədəflərini əsas tutaraq sınaq və ya kalibrasiya nəticələrini qiymətləndirilməsini uyğun şəkildə sağlayır. 
  • Analizlərin dəqiqliyini nəzarətdə saxlamaq üçün digər laboratoriyalarda paralel analizlərin aparılmasını təşkil edir. 
  • Hər gün hazır məhsul və xammalın vacib parametrlərinin təyin olunması və yaddaşda saxlanması. 
  • Hazır məhsuları Respublikanın tanınmış laboratoriyalarından birində yoxlatdırılması- rübdə 1 dəfə 
  • Yeni tapılan bulaqların suyunun analiz edilməsi və rəy verilməsi. 
  • Fabrikdə sanitar gigiyena qaydalarına əməl olunmasına nəzarət etmək, işçilər arasında sanitar gigiyena qaydalarına əməl olunması üçün təbliğat işləri aparmaq. 
  • İstehsala lazım olan xam maddələrin (qapaq, preform) yoxlanılması və istehsala yararlığı barədə rəy verilməsi. 
  • Hazır məhsulların saxlanma şəraitinə əməl olunmasına nəzarət edilməsi. 
  • İSO sertifikatları və digər sənədlərin aparılması.

İş şəraiti

  • Gədəbəy, Şəmkir, Gəncə bölgələrində yaşayan sakinlərə üstünlük verilir.
  • İş yeri - Gədəbəy rayonu, Zəhmətkənd
  • Namizəd ev ilə təmin olunur
  • Əmək haqqı razılaşma yolu ilə təyin oluna bilər

Tələblər

  • Müvafiq sahə üzrə 5 ildən çox iş staji
  • Müvafiq sahə üzrə təhsil
  • İSO standart tələblərini bilməli,
  • Kimyəvi-fiziki, mikrobioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.
  • Sertifikatların olması üstünlükdür 
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.