Bakı,
Azərbaycan
17/11/2025
-
17/12/2025
İş haqqında məlumat
- Şirkətin maliyyə fəaliyyətini təhlil etmək;
- Maliyyə nəzarətinin həyata keçirilməsi, maliyyə hesabatlarının təhlilinin aparılması;
- Maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotuna dəyişiklik edilməsi və təkliflərin verilməsi;
- Maliyyə hesabatlarının MHBS-na uyğun transformasiyası;
- Strateji və əməliyyat planlarına uyğun illik büdcə proqnozlarının hazırlanması;
- Büdcə hesabatlarına hazırlanmasında iştirak və nəzarət edilməsi;
- Müqavilələrin qüvvədə qalma müddətinə nəzarət edilməsi, bitmə vaxtları barədə öncədən rəhbərliyə məlumat verilməsi;
- Faktiki büdcə ilə xərclərin fərqinə baxılması, büdcədən kənara çıxmamaq üçün təkliflərin verilməsi;
- Bütün xərclərə nəzarət edilməsi və hesabatın rəhbərliyə təqdim edilməsi;
- Xərclərin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Hesabatların dövri və illik hazırlanmasında iştirak edilməsi;
- Audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işlərin həyata keçirilməsi;
- Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması;
- Maliyyə KPİ-larının müəyyənləşdirilməsi;
- Proqnoz hesabatların hazırlanması;
- Pul vəsaitlərinin hərəkətinə və ödənişlərə nəzarət etmək;
- Xərclərin, debitor borcların,çatızmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Vergi mühasibatlığı ilə bağlı məsələlərin həllində iştirak etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək.
Əlavə məlumatlar:
- Əmək haqqı: 3500 AZN
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Baş maliyyə inzibatçısı” sözünü qeyd edərək "CV göndər📤" düyməsində göstərilən e-ünvanına göndərsinlər.
Tələblər
- Ali təhsil;
- Yaş həddi: 35-50;
- Müvafiq sahədə min. 5 il təcrübə;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü;
- Kollektivlə ünsiyyət qurma bacarığı;
- Analitik təhlil etmə;
- Strateji düşünmə bacarığı;
- Stressə davamlı;
- Səliqəli və ciddi xarici görünüş;
- Azərbaycan, rus, ingilis dillərini mükəmməl səviyyədə bilməli;