Grand Motors MMC

Baş Mexanik

Grand Motors MMC
Ə/h razılaşma ilə
428
Tam iş günü
Bakı, Azərbaycan
20.08.2025 10:33 - 20.09.2025 12:00

İş haqqında məlumat

  • Əməkdaşlara təhlükəsizlik təlimatlarının keçirilməsi;
  • Əməkdaşların gündəlik iş bölgüsünün həyata keçirilməsi;
  • Ehtiyat hissələrinin kataloqdan çıxarılması və anbardan sifariş olunması;
  • Ərazidə və ezamiyyətdə təmir proseslərinə nəzarət, ehtiyac olduqda birbaşa təlimatların verilməsi;
  • Təmir aktlarının yoxlanılması, sənədlərin doldurulması, ilkin qiymətlərin verilməsi;
  • Servis avtomobillərinin əraziyə giriş-çıxışı ilə bağlı mühafizə bölməsinə məlumat verilməsi;
  • Kənar təmir işləri barədə sənədlərin müvafiq proqram təminatında işlənməsi;
  • Kənar təmirə verilən ehtiyat hissələrinin təhvil-təslim prosesinə nəzarət;
  • Əməkdaşların müraciətlərinə cavab verilməsi, icazə və məzuniyyət sənədlərinin təsdiqlənməsi;
  • Ərazidə və bölgələrdə yükləmə və boşaltma proseslərinə nəzarət;
  • Sifariş olunan ehtiyat hissələrinə yerində baxış keçirilməsi;
  • İstifadə olunan ehtiyat hissələrin və yanacağın təmir aktına daxil edilməsi;
  • Günlük, həftəlik, aylıq icra planlarının hazırlanması və icrasına nəzarət;
  • Tender üçün ehtiyat hissə kodlarının çıxarılması;
  • Ehtiyac olduqda təmir işlərinə birbaşa dəstək göstərilməsi;
  • Təmir alət və avadanlıqlarının sifariş edilməsi.

İş şəraiti

  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4 (BDYPİ yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti mövcuddur (Gənclik m\s, 20 yanvar m\s, Sumqayıt ş.).

Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş Mexanik” başlığı ilə göndərin.

Tələblər

  • Minimum kollec, peşə məktəbi və ya ali təhsil;
  • Uyğun sahədə minimum 5 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi;
  • Texnikalar və onların təmiri üzrə praktiki təcrübə;
  • İdarəetmə sahəsində təcrübə (üstünlükdür);
  • Kompüter bilikləri;
  • Rus və ingilis dili bilikləri üstünlükdür.