PFM Catering

Baş mühasib

PFM Catering
3000 ₼
0
Tam iş günü
Bakı, Azərbaycan
29.07.2024 14:43 - 28.08.2024 14:43

İş haqqında məlumat

  • Müəssisənin fəaliyyətinin strukturuna və xüsusiyyətlərinə əsaslanaraq mühasibat uçotunun formalaşdırılması və aparılmasını həyata keçirmək;
  • Müəssisənin uçot siyasətinin formalaşdırılmasını, mühasibat uçotunun hesablar planının, qanunvericiliklə nəzərdə tutulmuş hallarda ilkin mühasibat uçotu sənədlərinin formalarının tərtibini və təsdiqini, maliyyə hesabatlarının formalaşdırılmasını və vaxtında təqdim olunmasını təmin etmək;
  • Maliyyə-kassa intizamına ciddi riayət olunmasını, mühasibat sənədlərinin mühafizəsini, onların rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
  • Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılmasının təmin edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına  nəzarəti icra edir;
  • ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir;
  • Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması; 
  • Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması; 
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunmasını təmin etmək;
  • Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət; 
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi;
  • Qidalanma şirkət tərəfindən təşkil olunub;
  • İş yeri: Badamdar qəsəbəsi.

Tələblər

  • Təhsil: İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Təcrübə: Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar