Bakı,
Azərbaycan
22.05.25
-
22.06.25
İş haqqında məlumat
- Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və vaxtında əks olunmasına nəzarət;
- 1C mühasibat proqramında tam işləmə və ehtiyac olduqda texniki tapşırıqların verilməsi;
- ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanaraq elektron sistemlərlə təqdim olunması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- İlkin sənədlərə əsasən düzgün vergi və mühasibat yazılışlarının aparılması və onların qanunvericilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara təqdim olunmasının təmin edilməsi;
- Hesab və elektron qaimə-fakturaların yazılması;
- Daxili sistemdə köçürmələrin idarə edilməsi, gündəlik qalıq hesabatlarının hazırlanması;
- İşçilərin müvafiq suallarının cavablandırılması və məlumatların məxfiliyinin qorunması;
- Rəhbərlik tərəfindən verilən digər vəzifə öhdəliklərinin icrası;
- İş vaxtı 09:00 – 18:00;
- İş günü 5/2;
- İş yeri: “Badamdar Estates and Residences” (keçmiş Pullman\Kempinski Hotel).
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Satış və ya retail sahəsində minimum 3 il iş təcrübəsi;
- 1C 8.3 proqramında yüksək səviyyədə təcrübə (qurulmasında iştirak üstünlükdür);
- IFRS üzrə biliklər və bu standartlara uyğun işləmək bacarığı;
- Mənfəət vergisi və digər vergi bəyannamələrinin hazırlanmasında təcrübə;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini dərindən bilməli;
- MS Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Rus dili bilikləri üstünlükdür;
- Detallara diqqətli və dəqiq işləmə bacarığı;
- Məsuliyyətli və işinə ciddi yanaşma;
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş Peşəkar Mühasib Sertifikatı (PMS);
- ACCA və digər beynəlxalq mühasibatlıq sertifikatları.