Agro-West Pro

Baş mühasib

Agro-West Pro
2500 ₼
1033
Tam iş günü
Bakı, Azərbaycan
01.07.2025 22:09 - 01.08.2025 12:00

İş haqqında məlumat

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə, vergi hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək. 
  • Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
  • Rəsmi hesabatların  ( Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; 
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; 
  • Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması;
  • Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
  • Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
  • Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
  • Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
  • Mühasibatlıq əməkdaşları arasında vəzifə bölgüsünün aparılmasını təmin etmək;
  • Mənfəət hesabatının göndərilməsini həyata keçirmək;
  • Ölkədaxili və xarici köçürmələrin icrasını təmin etmək ;
  • Əmək haqqının hesablanması və ödənilməsini təmin etmək;
  • İş qrafiki:  Tam iş günü - Həftə içi 5 gün , saat 09:00-18:00;
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir ;
  • Əmək haqqı: 2500 manat ( əmək haqqı artımı olacaqdır);
  • Ünvan - Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 22 L.

Tələblər

  • Vakansiya üzrə  iş təcrübəsi olmalı;
  •  Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • PMS - mütləqdir;
  •  (ACCA FA/FR) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
  • 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
  • Stres altında işləmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək.


Oxşar vakansiyalar