Bakı,
Azərbaycan
28.07.2025 00:00
-
28.08.2025 00:00
İş haqqında məlumat
- ƏDV, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ olaraq vaxtında həll edilməsi.
İş şəraiti:
- İş yeri: Ramana (Buta şadlıq sarayın arxası, havalimanı yolunun üstü);
- Servis və nahar şirkət tərəfindən qarşılanır;
- İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1500-2000(net).
- QEYD: Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub
Müraciət qaydası: CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı ;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilməli;
- AR Vergi Məcəlləsini bilməli;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
- Məsuliyyətli, diqqətli və operativ olmaq.