Dost Agropark

Baş mühasib

Dost Agropark
Ə/h razılaşma ilə
1987
Tam iş günü
Zəngilan, Azərbaycan
12.08.2025 05:11 - 12.09.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, qiymətlilərin inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Balans və müəssisənin fəaliyyəti haqqında digər hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət etmək;
  • Vergilər və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsini təmin etmək;
  • Kassa və bank əməliyyatları uçotunun qaydalara əsasən təşkili və icrasına nəzarət etmək;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin etmək;
  • Ayın bağlanması ilə əlaqədar 1C ERP sistemində əməliyyatları yoxlamaq;
  • Müəssisənin mühasibatlıq şöbəsinin əməkdaşlarına rəhbərlik edir, tabeliyində olan işçilərin işinin təşkili və işlərin düzgün icrasına nəzarət etmək və.s.

İş şərtləri:

  • İş qrafiki: I-V günlər, 09:00 – 18:00;
  • İş yeri: Zəngilan .

Təminatlar:

  • Qonaqlama;
  • Qidalanma;
  • Korporativ nömrə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (maliyyə, mühasibatlıq ixtisası üzrə);
  • Аzərbаycаn Rеspublikаsının “Mühаsibаt uçоtu hаqqındа qаnunu”nu, Аzərbаycаn Rеspublikаsının “Vergi Məcəlləsi”ni bilməli;
  • Peşəkar Mühasib Sertifikatı (PMS);
  • Rəhbər vəzifədə minimum 3 il, mühasibatlıq üzrə minimum 5 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı sektorunda təcrübə üstünlükdür;
  • Kompüter biliyi: MS Office, 1C 8.3;
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik.