Around Business Group

Baş Mühasib

Around Business Group
Ə/h razılaşma ilə
1999
Tam iş günü
Bakı, Azərbaycan
15.09.2025 03:43 - 15.10.2025 12:00

İş haqqında məlumat

  • Gəlir və xərclərin uçotu, sənədləşmələrin düzgün aparılması
  • Mühasibatlıq sənədlərinin yoxlanması və arxivləşdirilməsi
  • A​ylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, DSMF, işsizlik sığortası və s.) hazırlanması və təqdim edilməsi;​
  • E-qaimə, e-vergi hesab fakturalar, hesabatların düzgün hazırlanması və vaxtında təqdim edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • ​Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Bank əməliyyatlarının aparılması,uçotu və nəzarəti;
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər hesablamaların icrası və düzgünlüyünün təmin edilməsi;
  • Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
  • Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00;
  • İş yeri: İçərişəhər metrosunun yaxınlığı;
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;
  • Xahiş olunur ancaq təcrübəli və rus dilini bilən namizədlər müraciət eləsin! 

CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • ​Yaş: 25 – 45​;
  • Minimum 3 il mühasibatlıq təcrübəsi;
  • Rus dilində sərbəst ünsiyyət;
  • Mühasibat uçotunun və vergi uçotunun qanunvericiliyə uyğun aparılması;
  • Ali Təhsil (Maliyyə, iqtisadiyyat,mühasibatlıq sahəsi üzrə arzuolunandır);
  • MS Office proqramlarını və mühasibatlıq proqramlarını  (1C, və s.) sərbəst istifadə bacarığı;
  • AR Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
  • PMS sertifikatı olanlara üstünlük verilir.