Caspian Cable Systems

Baş mühasib

Caspian Cable Systems
Ə/h razılaşma ilə
1859
Tam iş günü
Bakı, Azərbaycan
29.09.2025 03:11 - 29.10.2025 12:00

İş haqqında məlumat

  • Müəssisənin vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək;
  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir   ;
  • Gündəlik debitor-kreditor hesabatını rəhbərliyə təqdim etmək;
  • Kassa Bank hesabatını təqdim etmək;
  • Əmək haqqı, DSMF, vergi, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim olunması;
  • Aylıq periodik ödənişlərin nəzarətdə saxlanılması;
  • Xammallar və ya digər alınan malların ödənişləri üçün qarşı tərəflə əlaqə yaratmaq;
  • Zavodla bağlı xammal tədarükçüləri ilə aylıq üzləşmələrin həyata keçirilməsi;
  • Mənfəət, zərər və balans hesabatlarının rəhbərliyə təqdim olunması;
  • Ofis və zavod əmək haqqı cədvəlinin təsdiqlənməsi və ödənilməsinə nəzarət olunması;
  • Mühasibatlıq komandasının iş bölgüsünü həyata keçirmək və görülən işlərə nəzarət etmək;
  • Ehtiyac olduqda xarici xammal satınalmasında iştirak etmək;
  • Xarici ödənişləri birbaşa həyata keçirmək;
  • Mühasibatlıqla bağlı işlərin ERP proqram təminatında dəqiq işlənməsinə nəzarət etmək;
  • Daha əhəmiyyətli qurumlar olduqda sənədləşməni şəxsən nəzarətə götürmək;
  • Dövlət qurumları ilə görüşlərdə şirkəti mühasibatlıq nöqteyi nəzərdən təmsil etmək;
  • Direktor olmadıqda səlahiyyətli nümayəndə kimi görüşlərdə iştirak etmək;
  • Mühasibatlıqla bağlı kənar xidmət göstərən şirkətlə əlaqədə olmaq və görülən işlərə nəzarət etmək;
  • Rəhbər tərəfindən mühasibatlığa aid tapşırılan digər işləri görmək.

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər;
  • Əmək haqqı: Razılaşma əsasında;
  • İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir;
  • Nahar Şirkət tərəfindən təmin olunur .

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • Yaş: 25-35;
  • İş təcrübəsi 3-5 il;
  • Təhsil: Ali təhsil/mühasibat və maliyyə sahəsi üzrə;
  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Logix proqramında və digər ERP-də işləmək bacarığı;
  • Təşkilati, analitik və idarəetmə bacarıqları.


Oxşar vakansiyalar