Bakı,
Azərbaycan
06.10.2025 02:18
-
06.11.2025 12:00
İş haqqında məlumat
- Cari xərclərin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
- Maya dəyərinin analizi və faktiki göstəricilərlə müqayisədə kənarlaşmaların müəyyən edilməsi;
- Malların giriş-çıxış sənədlərinin (qaimələr, sifariş formaları, qalıq aktları və s.) düzgün tərtibinə və maliyyə sistemində tam əks olunmasına nəzarət etmək;
- Anbar xərclərinin (logistika, saxlama, itki və s.) izlənməsi və aylıq hesabatlarının hazırlanması;
- Qəfil yoxlamalar zamanı rəhbərliyə dəqiq və aktual məlumat təqdim etmək;
- İdxal olunan məhsullar üzrə bütün gömrük bəyannamələrinin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
- Gömrük rəsmiləşdirilməsi zamanı aksiz markalarının, aksiz vergilərinin və əlavə dəyər vergisinin (ƏDV) düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
- Gömrük brokeri və logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, təqdim edilən sənədlərin qanunvericiliyə uyğunluğunu izləmək;
- Gömrük bəyannamələrində göstərilən mal kodlarının (HS kodları) düzgünlüyünü yoxlamaq və risklərin qarşısını almaq;
- Gömrük orqanları ilə yazışmalar və yoxlamalar zamanı şirkəti maliyyə-hüquqi baxımdan təmsil etmək, tələb olunan sənədlərin vaxtında təqdim olunmasını təşkil etmək;
- Gömrük əməliyyatları və idxal sənədlərinin (bəyannamə, invoice, packing list, sertifikatlar və s.) maliyyə sisteminə düzgün və vaxtında daxil edilməsini təmin etmək;
- İdxal proseslərində təxirəsalınmaz ödənişlər (dövlət rüsumları, gömrük ödənişləri, aksizlər və s.) üçün maliyyə vəsaitlərinin əvvəlcədən planlaşdırılmasına nəzarət etmək;
- Gömrük qanunvericiliyində dəyişiklikləri izləmək və rəhbərliyi yeni risklər və tələblər barədə vaxtında məlumatlandırmaq.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının (DSMf, Statistika, Vergilər, ÖMV və digər rəsmi orqanlara təqdim edilən hesabatlar) hazırlanması və qanunvericiliyə uyğun şəkildə təqdim olunmasını təmin etmək;
- Vergi Məcəlləsinə uyğun olaraq ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər ödənişlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək;
- Mühasibat uçotu sənədlərinin qanunvericilik və daxili siyasətlərə uyğun aparılmasını təmin etmək, audit yoxlamaları zamanı zəruri məlumatları təqdim etmək;
- Rüblük və illik bağlanış proseslərini idarə etmək, balans və mənfəət-zərər hesabatlarının hazırlanmasını təmin etmək;
- DSMF və ÖMV üzrə bütün əməliyyatların (əməkhaqqı, məzuniyyət, müavinət və s.) düzgün uçotunun aparılmasına nəzarət etmək.
İş şərtlərimiz:
- İş saatı: 09:00-18:00, 10:00-19:00 ;
- İş yeri: Bakı şəhəri., Aşıq Molla Cümə küçəsi 46 c.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Karyera yüksəlişi imkanı;
- İşdə stabillik və uzunmüddətli əməkdaşlıq;
- Etibarlı və şəffaf iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.əzifə üzrə namizədin hazırla
Tələblər
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
- Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
- Analitik düşünmə bacarığı;
- Problem həll etmə bacarığı;
- Detallara diqqət etmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali ( İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində);
- İş təcrübəsi: Mühasibatlıq və yaxud maliyyə sahəsində min. 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl, ingilis dili üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel) istifadə etmək bacarığı.