AzProduct

Baş mühasib

AzProduct
Ə/h razılaşma ilə
3582
Tam iş günü
Bakı, Azərbaycan
06/11/2025 - 06/12/2025

İş haqqında məlumat

  • Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi; 
  • Verg,statistika habelə digər orqanlara təqdim olunan hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi; 
  • Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli; 
  • Müəssisənin iqtisadi fəaliyyətinin səmərəli sürətdə yönləndirilməsi, hesablama texnikasının geniş tətbiq olunması və bu zaman lazım olan bütün işlərin yerinə yetirilməsini təmin etməli; 
  • İş zamanı yaranan iqtisadi problemlərinin həll edilməsinə yüksək səviyyədə nəzarət etməli; 
  • Maliyyə nəticələrinin uçotunu vaxtında və düzgün aparılmasına diqqət yetirməli; 
  • Müəssisə vəsaitinin qanunsuz sərf edilməməsinə nəzarət etməli; 
  • Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı; 
  • Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli; 
  • Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s. 

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Babək prospekti 74;
  • İş rejimi: Tam ştat,5 günlük iş rejimi;
  • Əmək haqqı: Müsahibə əsasında təcrübə və bacarıqlarına görə müəyyən ediləcək.

Məsuliyyətlər

  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; 
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; 
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 
  • İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; 
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; 
  • İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq. 
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; 
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

Tələblər

  • Ali təhsil (Anoloji vəzifə üzrə);
  • Müvaq ixtisas üzrə minimum 3 illik təcrübə; 
  • Kompüter bilikləri: 1C, ERP, MS Ofce PMS (KOS) 1 və 2 ci mərhələ;
  • Yaş həddi – 25-35;
  • Azərbaycan dillərində həm şifahi, həm də yazılı şəkildə mükəmməl danışıq (digər dil bilikləri arzuolunandır); 
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Səlis və aydın nitq qabiliyyəti.

Oxşar vakansiyalar