Bakı,
Azərbaycan
21/11/2025
-
21/12/2025
İş haqqında məlumat
- Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək;
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
- Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
- Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək;
- İdarəetmə hesabatlarının hazırlanması və təhlili;
- Müəssisə resurslarının səmərəli idarə edilməsi üzrə təkliflərin verilməsi;
- Maliyyə və mühasibatlıq proseslərinin/əməliyyatlarının idarə edilməsi və təkmilləşdirilməsi;
- Əməkhaqqı hesablamaları, maya dəyəri hesablamaları və s.
İş şəraiti
- İş qrafiki: həftədə 5 gün iş, şənbə-bazar istirahət;
- Əməkhaqqı: 2500-3000 AZN;
- İş stajı: Müvafiq sahə üzrə 5 il;
- İş yeri: Caspian Plaza (Baş ofis);
- Təhsil: Ali.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Baş mühasib” qeyd edərək "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
- Müvafiq vəzifədə 5 ildən artq iş stajı (istehsalat, tikinti sahəsində olması üstünlükdür);
- Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
- Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
- Yüksək səviyyədə 1C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;
- Peşəkar Mühasib Sertifikatı.