ACON

Baş mühasib

ACON
Ə/h razılaşma ilə
3333
Tam iş günü
Bakı, Azərbaycan
09/01/2026 - 23/01/2026

İş haqqında məlumat

  • Mühasibat, vergi uçotu və Dövlət Sosial Müdafiə Fondu ilə bağlı əməliyyatların aparılması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması və təqdim edilməsi, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik;
  • Maliyyə hesabatlarının tərtib olunması;
  • Vergi planlaması və beynəlxalq əməliyyatlarla bağlı vergitutma məsələləri üzrə işləmə bacarığı;
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət;
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət;
  • Müştərilərin mühasibat uçotunun aparılmasına ümumi nəzarətin həyata keçirilməsi;
  • Mühasibat uçotu və vergitutma ilə bağlı digər vəzifələrin icrası.

İş şəraiti

  • Əmək haqqı razılaşma ilə müəyyən ediləcək.
  • İş saatları:  həftənin 5 günü 10:00 – 18:00
  • İş yeri: Azure Business Mərkəzi

Tələblər

  • Maliyyə və mühasibatlıq sahəsində ali təhsilə malik olmaq;
  • Minimum 4 illik peşəkar iş təcrübəsi;
  • PMS sertifikatının olması (MHBS sertifikatı arzuolunandır);
  • Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • Vergi qanunvericiliyini dərindən bilmək və mürəkkəb vergi məsələlərini analiz etmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis və/və ya rus dili bilikləri üstünlük sayılır);
  • 1C mühasibatlıq proqramında işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.