Predsol

Baş Mühasib

Predsol
Ə/h razılaşma ilə
5513
Tam iş günü
Bakı, Azərbaycan
29/01/2026 - 12/02/2026

İş haqqında məlumat

Maliyyə sənədlərinin hazırlanması və saxlanması:

  • Gəlir və xərclərlə bağlı müvafiq sənədlərin hazırlanması.
  • Mühasibat uçotu sistemində (1C) sənədlərin qeydiyyatı və sistemə daxil edilməsi.
  • Müxtəlif maliyyə sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanması.

Fakturaların və digər maliyyə sənədlərinin işlənməsi:

  • Satış və alış fakturalarının düzgün qaydada yazılması və qeydiyyatı.
  • Həftəlik və aylıq maliyyə hesabatlarının hazırlanması.

Vergi öhdəliklərinin izlənməsi:

  • Vergi hesabatlarının hazırlanmasında kömək etmək.
  • Vergi ödəmələrinin vaxtında yerinə yetirilməsi üçün lazım olan məlumatları hazırlamaq.

Bank və kassa əməliyyatlarının qeydiyyatı:

  • Bank əməliyyatlarının düzgün qeydiyyatını təmin etmək.
  • Kassa əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi.
  • Yerli və beynəlxalq köçürmələrlə iş

Debitor və kreditor hesablarının nəzarəti:

  • Müştəri və təchizatçılara olan borc və alacaq hesablarının izlənməsi.
  • Debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında qeydiyyatı.

Əmək haqqı hesablanması:

  • Əmək haqqı kartlarının sifarişi/dəyişdirilməsi və s.
  • İR tərəfindən təqdim olunan davamiyyət cədvəlinə əsasən əmək haqqının hesablanması və ödənilməsi.

İnventarizasiyanın keçirilməsi:

  • Şirkət mal və materiallarının sayımını aparmaq.
  • Mal və məhsul balanslarını izləmək və qeydə almaq.

Hesabatların hazırlanması və təqdim edilməsi:

  • Mühasibatlıq üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
  • Hesabatların zamanında və düzgün təqdim edilməsini təmin etmək.

Daxili yoxlamaların dəstəklənməsi:

  • Şirkətin maliyyə fəaliyyətlərinin düzgünlüyünü yoxlamaq və rəhbərliyə məlumat vermək.
  • Mühasibatlıq proseslərinin düzgünlüyünü təmin etmək üçün daxili yoxlamalara kömək etmək.

İş barədə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00-dan 18:00-a qədər
  • İş yeri: Badamdar Estate Hotel, Mikayıl Müşfiq 1c, Bakı
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək

Tələblər

  • Yaş: 25-35
  • Təhsil: ali (arzuolunandır)
  • İş təcrübəsi: 3 ildən yuxarı
  • Xanım namizədlərə üstünlük veriləcək;
  • Azərbaycan dili (mütləq), ingilis və rus dili (arzuolunandır);
  • İşə dəqiq, operativ və məsuliyyətli yanaşma;
  • Komandada işləmə bacarığı olmalı;
  • Mühasibatlıq, MHBS və vergi münasibətlərinin əsas bilikləri.
  • 1C və excel biliyi

Şəxsi keyfiyyətləri:

  • Səlist danışıq qabiliyyəti;
  • Davamlı mütaliə edən və inkişafa yönümlülük;
  • Komandada işləmə bacarığı (vacibdir)
  • Dəqiqlik və məsuliyyət;
  • Problemləri həll etmə bacarığı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.