Bakı,
Azərbaycan
13/02/2026
-
27/02/2026
İş haqqında məlumat
- Balans, Mənfəət və Zərər, dövlət qurumlarına olan hesabatları vaxtında tərtib və təqdim etmək;
- Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
- Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
- Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
- Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.
Əməkhaqqı: 4000 AZN
Tələblər
- Ali təhsil - Maliyyə üzrə mütləqdir;
- Qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
- Peşakar mühasib sertifikatı mütləqdir
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.