Affidavit Consulting International
Ə/h razılaşma ilə
4765
Tam iş günü
Bakı, Azərbaycan
16/02/2026 - 02/03/2026

İş haqqında məlumat

  • Şirkətin maliyyə və mühasibat uçotunun qanunvericiliyə uyğun təşkili və idarə edilməsi
  • Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi
  • Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması
  • Vergi öhdəliklərinin düzgün hesablanması və icrasına nəzarət
  • Bank əməliyyatlarının və maliyyə axınlarının idarə olunması
  • Əmək haqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasına nəzarət
  • Daxili maliyyə nəzarət mexanizmlərinin tətbiqi və risklərin qiymətləndirilməsi
  • Müqavilələrin maliyyə şərtlərinin təhlili
  • Audit proseslərində iştirak və auditorlarla əməkdaşlıq

İş barədə məlumat:

  • İş yeri: Bakı, Azərbaycan
  • Məşğulluq növü: Full-time

Təklif edirik:

  • Stabil və uzunmüddətli əməkdaşlıq
  • Dinamik və peşəkar iş mühiti
  • Rəqabətli əmək haqqı (müsahibə əsasında)
  • Karyera inkişaf perspektivi

Tələblər

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil
  • 3–5 il müvafiq iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür)
  • Vergi Məcəlləsi və mühasibat uçotu standartları üzrə bilik
  • 1C və digər mühasibat proqramları ilə işləmə bacarığı
  • MS Excel üzrə yüksək səviyyədə bacarıq
  • Azərbaycan dili sərbəst, rus və ingilis dilləri üstünlükdür
  • Analitik düşünmə və yüksək məsuliyyətlilik

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.